Filippinin paytaxtı Manilada tarixi poçt şöbəsində baş verən yanğında 7 nəfər xəsarət alıb.
Elchi.az xəbər verir ki, Polis və poçt rəsmilərinin məlumatına görə, gecə yarısından əvvəl başlayan yanğın nəticəsində 7 nəfər yüngül xəsarət alıb.
Beşmərtəbəli binanın zirzəmisində baş verən yanğın bu gün səhər saatlarında, başlayandan 7 saat sonra lokallaşdırılıb.
Səlahiyyətlilər yanğının səbəblərini və dəymiş ziyanı araşdırır.
Bina ölkənin əsas poçt çeşidləmə və paylama mərkəzi idi; Əvvəllər Filippin Poçt Şirkətinin baş ofisi olub.
1926-cı ildə tikilmiş bina İkinci Dünya Müharibəsi zamanı zədələnmiş və 1946-cı ildə bərpa edilmişdir.
Nuranə Məmmədova