FİFA DÇ-2018-in Rusiyadan alınması təklifini rədd etdi

🗓 26.07.2014 00:19 ✍️ "Elçi" qəzeti
FİFA 2018-ci ilin futbol üzrə dünya çempionatının Rusiyadan alınması təkliflərini və bəzi ölkələrin boykotimg1609319 çağırışlarını rədd edib.
Rusiyanın Malayziya təyyarəsinin vurulmasında əli olması iddialarına görə bəzi Almaniya siyasətçiləri DÇ-2018-in Rusiyadan alınıb Almaniyaya verilməsini istəyirlər. Bəzi ölkələrdə isə boykot çağırışları səslənir.
FİFA bu çağırışlarla bağlı iyulun 25-də verdiyi bəyanatda bildirir: “Tarix göstərir ki, idman yarışlarının boykotu, təkləmə siyasəti və ya qarşıdurma ən səmərəli yol deyil”.
Mart ayında Rusiya Krımı tutanda da boykot çağırışları səslənəndə FİFA prezidenti Yozef Blatter bu çağırışları rədd etmişdi. /Virtualaz.org/

Bənzər yazılar