"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Fidel Kastro`: `Gəncliyim Naxçıvanda keçib` (MÜSAHİBƏ)

01 İyun 2016 - 16:05
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Fidel Kastronu demək olar ki, hamı tanıyır. O, Kuba inqilabının lideridir. Okeanın o tayında yerləşən Kubanın liderini Azərbaycanla bağlayan bir məqam var. Yəqin ki, sizə də təəccüblü gəldi: Fidel Kastro hara, Azərbaycan hara? Onu ölkəmizlə nə bağlaya bilər?

Biz də onu tanıyana, görənə kimi sizin kimi təəccüblənirdik. Düşünürdük ki, Kastronu görmək üçün mütləq Kubaya getmək lazımdır. Ondan müsahibə götürmək isə sadəcə yuxu kimi görünürdü…

Amma, Kastonu görmək üçün nə Kubaya getdik, nə də hansısa başqa bir ölkəyə. Bakıdan cəmi yarım saat yol getmək kifayət etdi ki, onu görək…

Söhbət Kubanın dünyaya səs salan lideri Fidel Kastronun Azərbaycanlı oxşarı Vahid Rüstəmovdan gedir. Sumqayıt şəhərində yaşayan 67 yaşlı Vahid Rüstəmov Fidel Kastronun dünyada nadir oxşarlarındandır. Azərbaycanda onu hamı Fidel Kastro kimi çağırır. O, sözün əsl mənasında Fidel Kastro ilə bir almanın tən yarısıdır.

-Mən 1949-cu il, 26 avqust tarixində Naxçıvanın Şahbuz rayonun Qarababa kəndində anadan olmuşam. Ailədə 4 qardaş, 4 bacı olmuşuq . İki qardaşım və bir bacım rəhmətə gedib. Gəncliyim Naxçıvanda, Şahbuz rayonunda keçib.

Azərbaycan Dövlət Gömrük Komitəsində, Heydər Əliyev adına hava limanında 20 il inspektor vəzifəsində işləmişəm. Bundan əvvəl isə Naxçıvanda nəqliyyatda çalışmışam.

-Sizdə Fidel Kastroya bənzərlik təsadüfdür, yoxsa Fidelə olan simpatiyadan irəli gəlir?

– Saqqal saxlamağımın Fidellə əlaqəsi olmayıb. 1990-cı il yanvarın 20-də ermənilərdən özümüzü müdafiə etmək üçün axşam saatlarında Şahbuzdan Şərura barıt gətirməyə getmişdim. Onda pis vaxtlar idi. Həmin zaman kəndimizdə könüllülərdən ibarət müdafiə komitəsinin sədri idim. Gecə Şərurdan qayıtdım. Gecə güclü qar yağmışdı. Yanvarın 21-də üzümü qırxdım. Bir az keçdi, xəbər gəldi ki, Bakıda vəziyyət pisdir, günahsız insanları qırıblar. Mənə irad tutdular ki, Bakıda insanlar qan ağlayır, sən hansı xoş gün üçün üzünü qırxmısan. Mən də hadisədən xəbərim olmadığını onlara izah etdim. 20 Yanvar hadisələrində şəhid olan insanlar üçün yas saxladıq. 40 gün üzümüzün tükünü qırxmadıq. Hamımız saqqallı idik.

Afiyəddin Cəlilov mənə dedi ki, Vahid, sən lap Fidel Kastroya oxşayırsan. O vaxtdan saqqalımı kəsdirmirəm.
O zaman erməni qəzetləri yazmışdılar ki, Fidel Kastro İrandan keçərək Naxçıvana köməyə gəlib.

-Ermənilər sizin varlığınızdan necə xəbər tutmuşdular ki?

-Onlar məni sərhəddən keçəndə yaxınlaşdırıcı cihazla görmüşdülər. Ermənilər elə bilirdilər ki, Fidel Kastro Azərbaycana gəlib. O zaman bütün Azərbaycan məndən danışırdı. Hamı elə bilirdi, mən Fidel Kastroyam.

– Sizinlə yanaşı dünyanın digər tanınmış şəxslərinin də oxşarları var. Bizdə olan məlumata görə, siz Qorbaçov, Hitler, Marqaret Tetçerin oxşarı ilə görüşmüşsünüz.

– Leninqrada oxşarların festivalı keçirilirdi. Tanınmış insanların oxşarları orada iştirak etmək üçün şəkilləri gönədirirdilər. Mayor Şamil Abdullayev mənə həmin festivalda iştirak etməyimin önəmli olduğunu bildirdi.

-Oxşarlar görüşəndə bir- birinizə münasibətiniz, təssüratınız necə oldu?

-İçəri girəndə məəttəl qaldım. Qorbaçov, Hitler, Lenin, Merlin Manro, Tetçer mənimlə eyni otaqda oturmuşdu. Orada söhbət etdik. Hamı mənə baxırdı. Çoxu inanmırdı. Elə bilirdilər ki, mən Fidel Kastronun özüyəm, oxşarı deyiləm.

-Fidel Kastro ilə görüşmüsünüzmü?

-Xeyir, Fidellə görüşə bilməmişəm. Onunla görüşmək imkanım olmayıb. Kubanın Azərbaycandakı səfirliyinə məni bir neçə dəfə çağırıblar. Onlarla yaxşı münasibətim var.

-Fidelin sizdən xəbəri varmı?

-Bəlkə də var. Amma dəqiq deyə bilmərəm.

-Fidel Kastro xasiyyətcə sərt və əzmkar insandır.
-Mən də çox sərt adamam. Nə istəyim olubsa, ona nail olmuşam.

-Soruşmaq istərdik, hərbi formada gəzməyiniz nə ilə bağlıdır. Fidelə bənzəmək üçün hərbi forma geyinirsiniz, yoxsa bu sizin imicinizdir?

-Bəli. Azərbaycan Dövlət Gömrük Komitəsində işləyəndən indiyə kimi bu formanı geyinirəm. Naxçıvanda ruslarla münasibətim yaxşı olub. O vaxt bu formanı mənə veriblər. Bu formanı bir dəfə Putinin əynində, bir də Rusiyanın müdafiə naziri Sergey Şoyquda görmüşəm.

-Geyinimiz və saqqalınız insanların diqqətini çəkməyə bilməz. Bundan sıxılmırsınız?

– Fidel Kastro dünyada məşhur bir adamdır. Mənə Sarkisyan, Petrosyan, Köçəryan demirlər ki. Tehranda olanda yemək yemək üçün restorana getdik. Maşından düşəndə 5-6 arvad və uşaq qarşıdan gəlirdi. Uşaq məni görüb anasının yanına qaçıb nəsə dedi. Arvadlar güldülər. Sən demə, uşaq qayıdıb deyib ki, ana pastarın yekəliyini görürsən. Onlar da dönüb baxıb, deyib bu pastar deyil, bu Fideldir.

Türkiyə, İran, Pribaltikanın 3 dövlətində, Gürcüstanda, Ukraynada, Rusiyada olmuşam. Bu ölkələrdə kim məni görürdüsə, yaxınlaşıb söhbət edirdi.

-Bakıya gəlişiniz necə oldu?

1995-ci ildə Bakıya qayıdanda Kəmaləddin Heydərovla görüşdüm. Kəmaləddin müəllim, o zaman Dövlət Gömrük Komitəsinin sədri işləyirdi. O, məni işə götürdü, dedi Naxçıvandan sənədlərini gətir, başla işə.

-Bizdə olan məlumata görə, siz Heydər Əliyevlə bir neçə dəfə görüşmüsünüz. Həmin görüşləri necə xatırlayırsınız?

– Heydər Əliyev Moskvadan gələndən 10 gün sonra onunla görüşdüm. Həftədə bir dəfə Heydər Əliyevin qaldığı evə gedib, ona baş çəkirdim.

Mən oxşarların festivalında iştirak edəndə, Heydər Əliyev məni televizorda görüb, deyib ki, bu bizim Fidel deyil? Ümummilli lider məni sonradan təbrik etdi.

Daxili işlər naziri Ramil Usubovla da yaxşı münasibətim olub. O, mənə öz şəkili bağışlayıb.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Previous Post

`Fidel Kastro`: `Gəncliyim Naxçıvanda keçib` (MÜSAHİBƏ)

Next Post

Onlar üçün vergi 10 dəfə azaldıldı

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Onlar üçün vergi 10 dəfə azaldıldı

Onlar üçün vergi 10 dəfə azaldıldı

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.