Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə...





















Son şərhlər