"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Feyk dövlət Yaxın Şərqin təhlükəsizliyini necə təhdid edir?

30 Sentyabr 2022 - 22:50
in MÖVQE
FacebookVatsap

“12 sentyabr toqquşmaları ərəfəsi də İran mediasının Azərbaycana İsraildən silah daşınması haqda iddiaları və bu iddiaları əks etdirən xəritələr haqda məlumat vermişdik. Xəritələrin feyk olması onunla sübut olunurdu ki, təyyarələrlə silah daşınma trayektoriyası Ermənistan üzərindən keçirdi. Sonradan bu yanlış aradan qaldırılsa da, bu dəfə rusdilli xəritələrdən istifadə olunmuşdu. Amma onların da tədqiqi göstərirdi ki, söhbət Rusiyadan Ermənistana silah daşınmalarından gedir. Yəni bir feyki də axıracan uydurub təqdim edə bilmirlər, di gəl, yalan istehsalına da ara vermirlər”.

Bunu da oxuyun

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:

“2-3 gün əvvəl İran mediası II Qarabağ müharibəsinin başlanmasının ildönümündən sonra Azərbaycanın Ermənistana kütləvi hücumu keçəcəyini anons edirdi. Yenə də sübut kimi xəritələrə istinad olunur. Xəritələrdə isə Azərbaycan ordusunun hərəkəti əks olunur, “hücumun istiqamətləri” haqda məlumat verilir.
İddia olunur ki, türk hərbi təlimçilər Azərbaycan ordusunda xüsusi təlimlərə başlayıb. Azərbaycan ordusunda hərbçilər üçün fars
dili kursları da keçilir. Məntiqlə Ermənistana qarşı döyüşəcək əsgər fars dilini niyə öyrənməlidir? Bu, açıq təxribat xarakterli məlumatdır. Ola bilsin, İranın növbəti xain addımlarına əvvəlcədən zəmin hazırlmaq məqsədi güdür.
Feyklərdə “sahə mənbələrindən verilən məlumata” əsasən iddia olunur ki, “Azərbaycan Respublikası ordusunun Ermənistanla sərhədləri boyunca üç əməliyyat zonası- A, B və Z var. Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan ordusunun yuxarıda adı çəkilən latın hərfləri ilə işarələnmiş texnikası və qoşunları görünüb. Bu , daha yaxşı operativ qruplaşma üçün edilib və Bakının Ermənistana qarşı daha hərbi əməliyyatlar keçirməyi planlaşdırdığını göstərir”.
Bir müddət əvvəl bizim sosial mediada ifrat liberal bəzi şəbəkə istifadəçiləri hərbi texnikaların üzərində “Z” hərfi yazılmasının görüntüləndiyini və bunu Azərbaycanın Rusiya ilə həmrəylik rəmzi olduğunu iddia etmişdi. Ordu ilə bağlı eyni dezinformasiyaların yayılması ifrat liberallarla İran mediası arasında maraqlı paslaşmadır.
Daha sonra iddia olunur ki, 2020-ci il müharibəsi ərəfəsində olduğu kimi Azərbaycan televiziyaları da müharibəyə hazırlıq təbliğatını, Qarabağla bağlı filmlərin nümayişini və yaxın gələcəkdə baş
verə biləcək müharibəyə haqq qazandırmaq üçün təhlilləri artırıb. “AzTV -nin “Əsas məsələ” analitik proqramı bu verilişlərə misaldır…. Azərbaycan öz diplomatik səylərini davam etdirərək BMT Baş Assambleyasında Avropa ilə Asiya arasında ən qısa nəqliyyat və enerji yolu kimi Zəngəzur dəhlizinin yaradılması ideyasını irəli sürüb. Belə bir müstəvidə bu diskurs beynəlxalq rəyi hazırlamaq üçün bir növ siyasi zəmindir”.
Yazılarda diqqət çəkən xüsusi məqam Azərbaycanın “böyük saxta dövlət “yaratmaq istəməsi haqda iddiadır. Bu məqam Göyçə-Zəngəzur Respublikası elan olunmasının arxasında İranın müəyyən dairələrinin durması haqda ehtimallara müəyyən qədər ciddi yanaşmaq lazım gəldiyini göstərir. Görünür, saxta qurumun elan olunması İranın uzun müddətdir səslənən iddialarını əsaslandırması üçün lazımmış.
Yalançı qurumla bağlı əvvəlki məqalədə fars dilli internet məkanında bu barədə kontent olmadığını , amma bunun yayındırcı ola biləcəyini də qeyd etmişdik. Artıq farsdilli kontent var, amma “Zəngəzur” toponimi farsca bir neçə variantda yazılır, çox zaman bilərəkdən ermənicə versiyasından(Sünik) istifadə olunur. Belə terminoloji və orfoqrafik pintilik isə internet axtarışlarını xeyli çətinləşdirir.
Yazılarda iddia olunur ki, “Bakı hökuməti hələ 1998-ci ildən Ermənistandan deportasiya olunan azərbaycanlı əhalinin Azərbaycan ərazisində müvəqqəti yerləşdiyini elan etmişdi. Təbii ki, bu ərazilərdə indi azərbaycanlı yoxdur və keçmiş Sovet İttifaqının son illərində onların hamısı etnik təmizləmə və məcburi miqrasiya nəticəsində Azərbaycana köçüb. İndi Azərbaycanda bir milyondan artıq qaçqın əhali var. Görünür, bu əhali “Böyük Qayıdış” kimi tanınan repatriasiya proqramına əsasən mümkün yeni müharibədə ələ keçirilən ərazilərə getməlidir. Təbii ki, bu qayıdış hərbi əməliyyatlar və Ermənistan ərazisinin işğalı və özünü elan edən hökumətin yaradılmasını tələb edir.”
Göründüyü kimi, bilərəkdən 1 milyon qaçqın və köçkünün hamısının Ermənistan yerləşdiriləcəyi haqda yanlış məlumat verilir, “Böyük qayıdış” proqramı Ermənistanın işğalına başlamaq üçün plan kimi təqdim olunur.
Feyk müəllifləri bundan sonra Türkiyədə “Göyçə və Zəngəzur” adlı bir ölkənin səfirliyinin yaradıldığını, Ermənistan azərbaycanlıları arasından Rizvan Talıbovun bu iddia edilən ölkənin prezidenti kimi təqdim edildiyini bildirirlər. İddia olunur ki, saxta hökumətin bəyannaməsi “türkün ayağının çatdığı yerə
türklərin torpağıdır” ideyasına əsaslanır. ”Göyçə-Zəngəzur geosiyasi axmaqlığı Güney və ya Cənubi Azərbaycandan sonra ikinci özünü elan edən bölgədir. Bu fikrə görə, Gürcüstan və Rusiyanın azəri rayonları da müstəqil olmalıdırlar, amma indi lazımi siyasi şərait yoxdur!. Belə separatçı qurumlar Yaxın Şərq ətrafında təhlükəsizliyi təhdid edir… Rusiya ordusunun bir hissəsi Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Naxçıvan rayonları ilə həmsərhəd Ermənistanın Sünik vilayətində mənzillənib ki, bu da Azərbaycanın istənilən birbaşa və irimiqyaslı hərbi əməliyyatlarını məhdudlaşdırır. Ruslar narkotiklərlə mübarizə bəhanəsi ilə İranla sərhəddə daha iki bazanı gücləndiriblər. Təbii ki, Rusiya və İranın Azərbaycan və Ermənistan sərhədlərində əməliyyatları bir neçə saatlıq dayandırması ilə bağlı mesajları təsirsiz ötüşmür.”
Daha sonra xəbərdarlıq edilir- İran bu dəfə Rusiyadan silah göndərmək üçün Ermənistanın sərhədlərini bağlamayacaq və hətta münaqişəni dayandırmaq üçün iki ölkənin sərhədlərinə hərbi qüvvələr göndərməyə hazırdır.
Göründüyü kimi, iddialara, atılacaq xain addımlara haqq qazandırmaq üçün Azərbaycan ordusu ilə bağlı bütün informasiyalar, diplomatik danışıqlar, Azərbaycan mediasında getmiş yazı, reportaj və verilişlər, xüsusən də hərbi ekspertlərin açıqlamaları toplanaraq xüsusi analiz olunur. GZR avantürası atılacaq xain addımların əsaslandırılması üçün xüsusi təqdim edilir. Yazıların bəzilərin İran saytlarının azərbaycandilli versiyalarında da gedir. Amma adətən həmin mətnlər xeyli təmizlənərək yerləşdirilir. Və yazıların üslubundan hiss olunur ki, onların hazırlanması üçün azərbaycanlı müəlliflər də cəlb ediliblər. Materialların toplanması və emalı ilə yanaşı Ermənistan azərbaycanlıları ifadəsinin qarşısında ironiya ilə “Yeraz” kəlməsi də əlavə olunması məhz o vətənsizlərin beyninin məhsuludur”.

Yeganə

Previous Post

Feyk dövlət Yaxın Şərqin təhlükəsizliyini necə təhdid edir?

Next Post

Paşinyan Ərdoğanla Praqa görüşünü istisna etmir

Bənzər yazılar

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52

Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Next Post
Paşinyan Ərdoğanla Praqa görüşünü istisna etmir

Paşinyan Ərdoğanla Praqa görüşünü istisna etmir

Paşinyan Ərdoğanla Praqa görüşünü istisna etmir

Paşinyan Ərdoğanla Praqa görüşünü istisna etmir

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.