Fazil Mustafa: "Bu, xarici ölkə kəşfiyyatının ölkəmizə xəbərdarlıq aksiyasıdır"

🗓 28.11.2014 00:26 ✍️ "Elçi" qəzeti
Fazil Mustafa: "Bu, xarici ölkə kəşfiyyatının ölkəmizə xəbərdarlıq aksiyasıdır"
"Qaraçuxur məscidinin yandırılması faktı ilk baxışdan araşdırıldığında açıqca təxribat olduğu sezilir". Bunu deputat Fazil Mustafa Qaraçuxur məscidindəki 1409996220_fazil_qezenferoglu_529783079partlayışla bağlı yazıb. Onun fikrincə, hüquq-mühafizə orqanları təxribatların qarşısının alınması üçün tədbirlər görməlidir: "Görünür hansısa xarici qüvvələrin əli ilə Azərbaycanda ən həssas sahələrə yönələn planlı davranışlar bundan sonra daha tez-tez müçahidə olunacaq. Hüquq-mühafizə orqanlarının məsələni son dərəcədə ciddiyyətlə araşdıracağına şübhə etmirəm. Ümumiyyətlə, hansısa küskün azərbaycanlı dindar ola bilsin ki, narazı qaldığı şəxsə xəsarət yetirər, ancaq məscidi yandırmağa təşəbbüs göstərməz. Bu, birbaşa hansısa xarici ölkənin kəşfiyyat qurumlarının ölkəmizə yönəlik xəbərdarlıq aksiyasıdır. Bu hadisəni nəzərə alaraq iri məscidlərin çevrəsində kameraların quraşdırlması, bu olmadıqda isə mütləq polis postlarının qoyulması vacibdir. Həssas bir beynəlxalq şəraitdə yaşayırıq və bütün ölkə vətəndaşları təxribatlara qarşı diqqətli olmalıdırlar".
 

Bənzər yazılar