Fars körfəzi zonasında təxminən 20 min dənizçi blokadada qalmaqda davam edir. Son günlər ərzində Hörmüz boğazından keçən gəmilərin sayı vəziyyətin düzəlməyə başlaması üçün çox azdır.
Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes brifinqdə “TASS”-ın sualını cavablandırarkən məlumat verib.
“Son iki gündə cəmi 11 gəmi keçib. Biz yuvarlaq olaraq 20 min dənizçi rəqəmindən danışırdıq. Bəlkə də onların sayı bir qədər çoxdur. Əslində çox az sayda gəmi Hörmüz boğazından şərq istiqamətində keçə bilib. Buna görə də həmin rəqəm faktiki olaraq o qədər də dəyişməyib”, — deyə IMO rəhbəri bildirib.
Şayəstə





















