Yüzlərlə fanatik yəhudi işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya “Çadır bayramı” bəhanəsi ilə basqın edib.
Elchi.az xəbər verir ki, işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə səhər namazından sonra iştirakını artıran İsrail polisi dəmir baryerlər və keçid məntəqələri yaradaraq fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə verməyib.
Səhər saatlarından başlayaraq yəhudilər Sukkot üçün xüsusi olaraq taxta çubuqlara bükülmüş bitkilərlə İçəri Şəhərə gəlirdilər.
Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamaya görə, Sukkot ayının altıncı günündə 832 fanatik yəhudi İsrail polisinin nəzarəti altında qrup halında Məscidül-Əqsaya basqın edib.
Belə ki, sentyabrın 29-da başlayan və bir həftə davam edəcək Sukkot bayramında indiyədək 5 min 57 fanatik yəhudi məskunlaşmaçı Məscidül-Əqsaya basqın edib.
Fanatik yəhudilərin Məscidül-Əqsaya basqınlarının günorta namazından sonra da davam edəcəyi gözlənilir. Yəhudilərə cümə günləri Əl-Əqsa məscidinə basqın etməyə icazə verilmir.
Şayəstə Hüseynova