"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Fəxr edirəm ki, İlham Əliyevin dövründə yaşayıram!”-Elxan Süleymanov

28 Sentyabr 2023 - 12:59
in Cebhe-banner, MANŞET
FacebookVatsap

İlham Əliyev: “Azərbaycanın suverenliyi tam təmin edildi”
İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatması, Ermənistan baş naziri Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalayaraq öz ölkəsinin kapitulyasiyasını etiraf etməsi, müharibədən sonra bölgədə yeni geosiyasi reallıqların yaranması Cənubi Qafqazda yeni dövrün əsasını qoydu – bölgədə sülh, əməkdaşlı və əmin-amanlıq şəraitinin real olması kimi ümidlərə yol açdı. Azərbaycan 44-günlük müharibədə qalib tərəf olmasına baxmayaraq Ermənistanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda əməkdaşlıq və rifah mühiti formalaşdırmaq təklifi ilə çıxış etdi.

Bunu da oxuyun

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamaq məqsədilə danışıqlara başlamaq təşəbbüsü ilə çıxış etdi, sülh müqaviləsinin əsasını təşkil edəcək və beynəlxalq hüququn əsas prinsiplərini əks etdirən 5 müddəadan ibarət prinsipləri rəsmi İrəvana təqdim etdi. Bununla bərabər Azərbaycan israrla müxtəlif danışıqlar platformasında iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsinin zəruriliyini ön plana çəkdi, müvafiq işçi qrupunun yaradılmasına nail oldu. Azərbaycanın davamlı səyləri nəticəsində iki ölkə arasında kommunikasiya xətlərinin – Zəngəzur dəhlizinin açılması istiqamətində üçtərəfli (Rusiya-Azərbaycan-Ermənistan) komissiya yaradıldı.

Lakin Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması təklifinə baxmayaraq, rəsmi İrəvan müxtəlif bəhanələrlə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırırdı. Belə ki, Üçtərəfli bəyanata əsasən Ermənistan Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq öz hərbi hissələrini və Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı qruplarının çıxarılmasını təmin etməli idi. Bundan əlavə, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasınə təmin etməli idi. Lakin rəsmi İrəvan üç ilə yaxın müddət ərzində 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetimədi. Rəsmi İrəvan danışıqlar prosesini pozmaq, iki ölkə arasında sərhəd bölgəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törətməyə üstünlük verdi. Ermənistan Laçın yolundan humanitar məqəsdlərlə deyil, qeyri-qanuni yüklərin daşınması üçün istifadə etdi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qeyri-qanuni erməni silahlı qrupları müxtəlif silah-sursatla, piyada və tank əleyhinə minalarla, hərbi texnika ilə təmin etmək, Azərbaycan ərazisində olan Ermənistan hərbçilərinin rotasiyasını həyata keçirmək, tez-tez müharibədən sonra yaranmış sabitliyi pozmaq və Azərbaycan mövqelərini atəşə tutmaq yolunu seçdi. Azərbaycan Ermənistanın Laçın yolundan cinayət məqsədilə istifadəsinin qarşısını almaq üçün “Laçın” nəzarət buraxılış məntəqəsi qurduqdan sonra öz havadarları olan Fransa ilə birlikdə beynəlxalq aləmdə ölkəmizin mənfi imicini formalaşdırmaq istiqamətində genişmiqyaslı kampaniyaya başladı, Fransa ilə birlikdə BMT Təhlükəsizlik Şurasının iclaslarını çağırdılar, dinləmələr keçirildi. Azərbaycan diplomatiyası Fransanı və Ermənistanı BMT TŞ müstəvisində məğlub etdi.

Öz havadarları ilə birlikdə beynəlxalq səviyyədə Azərbaycana qarşı aparılan informasiya müharibəsində, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində məğlubiyyətlə üzləşən Ermənistan Azərbaycanla sərhəd bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə intensiv şəkildə ölkəmizin hərbi mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutmağa, Azərbaycan hərbi mövqeləri ilə üzbəüz istehkamlar quraşdırmağa, erməni diversiya qrupları Azərbaycanın 2020-ci ildə işğaldan azad edilmiş ərazilərində piyada və tank əleyhinə minalar quraşdırmağa üstünlük verdi, vəziyyəti gərginləşdirməkdə davam etdi. Nəticədə Ermənistanın və erməni separatçılarının Azərbaycnın Qarabağ iqtisadi rayonunda təxribatları daha intensiv, genişmiqyaslı və gündəlik xarakter aldı. Nəhayət, sentyabrın 19-da Xocavənd rayonu ərazisində qeyri-qanuni erməni silahlı qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda və Tağaverd yaşayış məntəqəsinin ərazisində yeni inşa olunan tunel yolunda qeyri-qanuni erməni silahlı birləşmələrinin diversiya qrupları tərəfindən əvvəlcədən quraşdırılmış minalara düşməsi nəticəsində 2 mülki vətəndaş və 4 polis həlak oldu.

Odur ki, Azərbaycan 19 sentyabr günorta saatlarında törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı qrupların tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək qarşı tərəfin legitim hərbi obyektlərini hədəf seçir, mülki əhalini hərbi obyektlərdən kənar dayanmağa çağırırdı.

Lokal antiterror tədbirləri zamanı bir günə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri birləşmələrinin quraşdırdığı 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Azərbaycanın nəzarətinə keçdi, xeyli silah-sursat, hərbi texnika qənimət olaraq götürüldü, hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk edirdilər. Azərbaycanın başladığı lokal antiterror tədbirləri erməni silahlı birləşmələri cəmi 24 saata yaxın davam etdi – erməni tərəfi Rusiya sülməramlıları vasitəsilə Azərbaycanın şərtləri çərçivəsində əməliyyatları dayandırmaq xahişi ilə müraciət etdilər. Faktiki olaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, hərbi mövqelərdən çıxmaları və tərk-silah olmaları milli dövlətçilik tariximizin ən şanlı səhifələrindən birinin başlaması müjdəsi idi. Odur ki, Azərbaycan 20 sentyabr tarixdə saat 13:00 radələrində lokal antiterror tədbirlərinin başa çatdığını bildirdi.

Həmin gün Azərbaycan xalqına müraciət edən Ali Baş Komandan, Prezident İlham Əliyev lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam təmin edildiyini bəyan etdi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında son üç il ərzində ikinci dəfə xalqımıza möhtəşəm Zəfər sevinci yaşatdı. Belə ki, 2020-ci il 9 noyabrda Azərbaycan əraziləri işğaldan azad edildi, 2023-cü ilin 20 sentyabrında isə Azərbaycanın dövlət suverenliyi bərpa edildi. Əlbəttə, 44 gün ərzində ərazilərimizin işğaldan azad edilməsi, cəmi bir gün ərzində dövlət suverenliyinin tam bərpa edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharəti, dəmir iradəsi və qətiyyətinin nəticəsidir. Prezident İlham Əliyev son bir neçə yüzilliklər ərzində Azərbaycan xalqına Zəfər sevinci yaşadan, Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirən, beynəlxalq hüququ və tarixi ədaləti bərpa edən, cəmi üç il ərzində ərazilərimizi işğaldan azad edən və dövlət suverenliyini tam bərpa edən ilk dövlət başçısıdır.

Fürsətdən istifadə edərək, ildırım sürətli, peşəkar və dəqiq həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan dövlət suverenliyinin tam təmin edilməsi münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi AVCİYA kollektivi və öz adımdan təbrik etməkdən məmnunluq duyuram.

Fəxr edirəm ki, İlham Əliyevin dövründə yaşayıram!


Elxan Süleymanov

AVCİYA-nın prezidenti

 

Previous Post

“Fəxr edirəm ki, İlham Əliyevin dövründə yaşayıram!”-Elxan Süleymanov

Next Post

Prezident Zəngilanda açılış etdi

Bənzər yazılar

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

29 Oktyabr 2026 - 16:46

Nyu-Yorkda uşaqlarla dostluq və romantik münasibətləri imitasiya edən çat-botların istifadəsi məhdudlaşdırılıb. Elchi.az xəbər verir ki, bu barədə ştat qubernatorunun saytında...

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

29 Oktyabr 2026 - 15:16

Böyük Britaniya və Almaniya noyabrın 17-də NATO-nun mənzil-qərargahında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasını keçirəcək. Elchi.az xəbər verir ki,...

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

29 Oktyabr 2026 - 13:17

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
Prezident Zəngilanda açılış etdi

Prezident Zəngilanda açılış etdi

Prezident Zəngilanda açılış etdi

Prezident Zəngilanda açılış etdi

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.