Yayda heyətində köklü islahatlar aparacaq “Fənərbaxça”nın transfer siyahısındakı futbolçuların adları bir-bir bəlli olur.
Elchi.az saytının “ajansspor.com”a istinadən məlumatına görə, Türkiyə klubu bu dəfə “Midtyulland”ın oyunçularına elçi düşüb.
Maraqlıdır ki, “sarı-lacivərdlilər” Danimarka klubunun birdən-birə 3 üzvünə göz dikib. Bunlar 20 yaşlı nigeriyalı dayaq yarımmüdafiəçisi Rafael Onyedika, 23 yaşlı braziliyalı orta sahə oyunçusu Evander və onun həmyerlisi olan 23 yaşlı hücumçu Junior Brumadodur. İstanbul təmsilçisi bu oyunçulardan ən azı ikisini mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, “Fənərbaxça” “Real”ın müdafiəçisi Marselo və “Atletiko”nun hücumçusu Luis Suareslə də maraqlanır.