“Fənərbağça” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün Meyson Qrinvudu heyətinə qatmaq istəyir.
Elchi.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İstanbul klubu “Marsel”də çıxış edən ingilis futbolçuya illik 7-8 milyon avro aralığında xalis maaş təklif edib.
Qrinvudla maraqlanan digər klub isə “Roma”dır. İtaliya təmsilçisinin 24 yaşlı cinah oyunçusu ilə illik 4,5 milyon avro maaş qarşılığında razılığa gəldiyi bildirilir. Lakin klublar arasında transfer məbləği ilə bağlı danışıqlar davam edir.
“Marsel”in bu keçid üçün 55 milyon avro tələb etdiyi qeyd olunur. “Roma” isə bu məbləği yüksək hesab edir və transferi daha uyğun şərtlərlə reallaşdırmaq üçün alternativ formul üzərində çalışır.
Qeyd edək ki, Meyson Qrinvud 2025/2026 mövsümündə “Marsel”in heyətində bütün turnirlərdə 45 oyuna çıxıb. O, bu görüşlərdə 26 qol vurub və 11 məhsuldar ötürmə edib.




















