Fələstin Birləşmiş Millətlər Təşkilatını “İsrailin sui-istifadələrini” dayandırmaq üçün bütün mümkün tədbirləri görməyə çağırıb.
Elchi.az xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur BMT-nin baş katibi “Antonio Guterres”, may ayında Təhlükəsizlik Şurasının sədri “Pascale Baeriswyl” və BMT Baş Assambleyasının sədri “Csaba Körösi”yə məktub göndərib.
Məktublarda deyilir: “İsrailin davam edən təhrikləri, təxribatları, torpaq oğurluğu, fələstinli mülki əhalinin məcburi köçkünləri və Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində bütün digər məskunlaşma fəaliyyətləri beynəlxalq hüququ kobud şəkildə pozur”.
Məktublarda İsrailin ifrat sağçı nazir İtamar Ben-Qvirin Məscidül-Əqsaya basqının mövcud tarixi və hüquqi statusu pozduğu və BMT Təhlükəsizlik Şurasının İsrailin bu addımı rədd etməsinin bir daha vurğulanmasının zəruri olduğu bildirilib.
Mənsur məktublarda Təhlükəsizlik Şurasının İsrailin məskunlaşma fəaliyyətini pisləməsinin zəruriliyinə diqqət çəkib.
Məktublarda Fələstin xalqının müdafiəsinin vacibliyi vurğulanıb, beynəlxalq ictimaiyyətin İsrailin insanlığa qarşı törətdiyi bütün hərbi cinayətləri və insan hüquqlarının nəhəng pozuntularını dayandırmağa imkan verəcək addımlar atmalı olduğu bildirilib.
Nuranə Məmmədova