Suriya ordusunun döyüşçüləri Dəməşqdən 420 kilometr aralıda yerləşən Deyr əz-Zor əyalətinin şərq mərkəzində Amerika hərbçiləri ilə döyüşür. Hər iki tərəf ağır pulemyot, minaatan və artilleriyadan istifadə edir.
Elchi.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Münaqişə ABŞ Hərbi Hava Qüvvələrinin Deyr əz-Zorun şərq rayonlarına hava hücumundan sonra başlayıb. Döyüşlərdə ABŞ-ın tərəfində olan Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələri iştirak edir.
Nuranə Məmmədova