Milli Məclisin üzvü Rasim Musabəyov jurnalist, virtualaz.org və haqqin.az saytlarının rəhbəri Eynulla Fətullayevin onun barəsində yazdığı müəllif yazısına olduqca qeyri-adekvat, əsəbi, hətta mafiya üslubunda cavab verib.
Virtualaz.org saytı xəbər verir ki, deputat jurnalistin onun siyasi keçmişinə nəzər salan və “Mən həmişə Əliyevə qarşı işləmişəm…” başlıqlı məqaləsinə cavab olaraq facebookda onu Elmar Hüseynov kimi qətlə yetirməyə çağırıb.
Bu ictimai-siyasi xadim, keçmiş müsavatçı, qərbmeylli liberal və deputat mandatı daşıyan şəxs jurnalistə qarşı küçə leksikonunu işə salıb və normal siyasi tənqidə tənqidlə cavab vermək əvəzinə özünün facebook səhifəsində onun ünvanına söyüşlər yağdırıb.
KQB sədrinin müavininin kürəkəni olan Musabəyov əsl Bakı bolşeviklərinin və Beriyanın üslubunda aşağıdakı sözləri yazıb: “Eynulla Fətullayev ölmək üçün yetişib. Əgər Elmar Hüseynovun ölümünə əksəriyyət kədərləndisə, Eynulla gəbərəndə bu alçağı tanıyan hər kəs deyəcək – itə it ölümü yaraşır”.