Daha əvvəl Ankara səfəri iki dəfə təxirə salınan İran prezidenti İbrahim Rəisinin yanvarın 24-də Ankarada prezident Ərdoğanla görüşəcəyi öyrənilib.
Elchi.az bu barədə “Haber7”yə istinadən xəbər verir.
İranın Kirman şəhərində baş verən partlayışa görə daha əvvəl təxirə salınan İbrahim Rəisinin Ankara səfəri yanvarın 24-də baş tutacaq. Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası olması gözlənilən görüşdə ticarət, iqtisadiyyat , mədəniyyət və elm kimi ayrı-ayrı mövzularda təxminən 10 razılaşmanın imzalanacağı öyrənilib . Prezident Ərdoğan İbrahim Rəisi ilə görüşdükdən sonra Ankarada Rusiya Prezidenti Vladimir Putini qəbul edəcək.
Nuranə Məmmədova