Estakadadan oğurluq etmək istəyərkən faciəli şəkildə ölən şəxs itkin düşmüş kimi axtarışda olub - FOTO

🗓 15.08.2014 18:02 ✍️ "Elçi" qəzeti
Yüksək gərginlikli elektrik xəttinin vurduğu Daşqın Qarayevin meyiti 4 gün estakadadan asılı qalıb07eddb4247d8145d9ff4a7f153ec1b49
 

 Bakıda oğurluq edərkən elektrik cərəyanı vuraraq ölən şəxslə bağlı maraqlı faktlar məlum olub.

 Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, faciəli şəkildə dünyasını dəyişən, 1988-ci il təvəllüdlü Qarayev Daşqın Elşən oğlu itkin düşmüş şəxs kimi polisdə qeydiyyatda olub. Avqustun 13-də onun itkin düşməsi barədə qardaşı Elvin Qarayev polisə ərizə ilə müraciət edib.

 Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, D. Qarayev 11 avqust tarixində Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 2-ci mədəninin 111 saylı meydançasında oğurluq etmək məqsədilə yüksək gərginlikli elektrik xətlərini kəsərkən cərəyan vurması nəticəsində ölüb və estakadadan asılı vəziyyətdə qalıb.

 Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları tərəfindən onun yeri müəyyən edilib və hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq meyit estakadadan çıxarılıb.

 Polisdən həmçinin bildirilib ki, mərhum D. Qarayev 2 ay əvvəl də oğurluq törətdiyinə görə Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.

APA meyitin hadisə yerindən çəkilmiş fotolarını əldə edib.

Bənzər yazılar