Əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Bohdan Kotsanın sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski də daxil olmaqla, Ukrayna siyasətçilərinin fəaliyyəti vəziyyətin pisləşməsinə və sonda xüsusi hərbi əməliyyatın başlanmasına gətirib çıxarıb.
Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.
Kotsan prezidentliyə namizədlərdən Zelenskini dəstəkləmədiyini bildirib.
Həmçinin, ukraynalı qırğına göndərildiklərini hiss etdiyi üçün qeyri-müəyyən tapşırıqları yerinə yetirmək istəməyən hərbçilərin psixoloji durumu ilə bağlı təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, ukraynalı məhbuslarla yaxşı rəftar olunur: onlara yemək verilir və onlara tibbi yardım göstərilir.
Yeganə