"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Ermənistanın nazı ilə oynamağa son qoyulmalıdır` – Arye Qut

08 May 2016 - 00:02
in XƏBƏR LENTİ
FacebookVatsap

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox vacib beynəlxalq tədbir, dünyanın intellektual elitası üçün həqiqi və real məkandır. Burada siyasətçilər, dövlət başçıları, keçmiş xarici işlər nazirləri, alimlər, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

Sabah 22 dərəcə isti olacaq

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin “IIand” internet telekanalına müsahibəsində bu barədə danışıb.

O, “lland” telekanalının “Bizim ada” verilişinin tanınmış aparıcısı David Konn ilə söhbətində bildirib ki, bu gün dünyada siyasi, elmi, intellektual və biznes-elita nümayəndələrinin görüşdüyü belə intellektual məkan demək olar yoxdur. O deyib: “Dünyanın 140 ölkəsindən 1400-dən çox iştirakçı dünya birliyi üçün multikulturalizmin müqayisəli tədqiqi, qlobal vətəndaş təhsili, vətəndaş cəmiyyəti və biznes, sülh, təhlükəsizlik və inkişaf naminə birgə fəaliyyət, sülhə və terrorun qabağının alınmasına şərait yaratmaq, zorakı ekstremist təbliğatın qarşısının alınmasında jurnalistikanın rolu, informasiya mıəkanının qloballaşması şəraitində medianın aktual məsələləri kimi mühüm problemləri həll etməkdən ötrü BMT-nin himayəsi altında Bakıya toplaşmışdı”.

İsrail eksperti aparıcı Konnun onun Azərbaycan XİN-in təşəbbüsü ilə ötən həftə xarici jurnalistlərlə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə həmsərhəd Ağdam şəhərinin Çəmənli, Qaradağlı və Afaslı kəndləri ərazisindəki cəbhəyanı bölgəyə səfəri ilə bağlı sualın cavabında deyib: “Burada vəziyyət mürəkkəb və gərgindir. Yəqin ki, ən dəhşətlisi qeyri-müəyyənlikdir ki, o da burada xüsusilə hiss olunur. Burada nə müharibə, nə də sülh şəraiti olduğu üçün real şəkildə başa düşürsən ki, bu yerlər üçün atəşkəs rejimi anlayışı çox kövrək və zəifdir. Bir çox ekspertlər belə bir faktı vurğulayırlar ki, Ermənistan Respublikası təmas xəttində döyüşlərdə məğlubiyyətə uğradığı üçün belə çirkin addımlara əl atıb. 1990-cı illərin əvvəllərində olduğu kimi, yenə də mülki əhalini hədəfə alıb. Silahsız əhali ilə müharibə aparmaq isə ağır hərbi cinayətdir”.

Sonra Ağdam şəhərinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri ilə sərhəddə yerləşən Çəmənli, Qaradağlı və Afaslı kəndləri ərazisində cəbhəyanı zonanı, yerli sakinlərin raket və artilleriya mərmilərindən əziyyət çəkdiyini aydın göstərən videolentlər nümayiş etdirilib. A.Qut İsrailin “Zamanın çağırışları” informasiya-analitika saytının “Bizim ada” verilişində deyib: ”Ağdam və Ağcabədi rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağılıb. Mən evini və əmlakını itirmiş insanların faciəsini öz gözümlə gördüm. Amma insanlar ümidlərini itirməyiblər və indi də ümidlə yaşayırlar. Demək olar, hamı silaha sarılıb Vətənini, evini və ailəsini müdafiə etməyə hazır olduğunu bildirir. Qonşular tərəfindən bütün təhdidlərə baxmayaraq, onlar burada yaşayır, ev-eşik qurur və bacardıqları şəkildə erməni silahlı birləşmələrindən müdafiə olunurlar. Amma ümid edirlər ki, bu torpaqda əmin-amanlıq bərqərar olacaq. Bir israilli kimi, raket və artilleriya mərmilərinin nə demək olduğunu çox yaxşı başa düşürəm. Mən Ağdam, Tərtər və Ağcabədinin azərbaycanlı sakinlərinin ağrı-acısını və faciəsini bölüşürəm. Amma insanı təkcə təcavüzkarın yırtıcı siması deyil, həm də yalan və bəşəriyyət əleyhinə cinayətin cəzasızlığı ağrıdır”.

İsrail eksperti qondarma “Dağlıq Qarabağ Respublikasının” Ermənistan tərəfindən tanınması imkanlarına toxunaraq bildirib ki, “DQR Ermənistan tərəfindən yaradılan separatçı oyuncaq terrorçu qurumdur. O deyib: “Tutaq ki, Ermənistan bu oyuncaq qurumu tanıdı, bəs sonra? Ermənistan bu yanlış addımı atsa, ilk növbədə beynəlxalq hüququn əsas norma və prinsiplərinə, danışıqlar prosesinə, ATƏT-in Minsk qrupuna və onun həmsədrlərinə hörmətsizlik nümayiş etdirəcək. Ermənistanın necə bir acınacaqlı iqtisadi durumda olduğunu biz hamımız çox yaxşı bilirik. Bu ölkə Cənubi Qafqazın ən asılı ölkəsidir və iqtisadi baxımdan erməni diasporunun xarici yardımından asılıdır. Bugünkü vəziyyətdə Ermənistanın müstəqil qərar qəbul etməsinə heç kəs yol verməyəcək. Dağlıq Qarabağın “müstəqilliyini” tanıdığı halda, Ermənistan özü münaqişə törədəcək, bununla da müharibə yoluna qədəm qoyacaq. Bu isə indiki Serj Sarkisyan rejiminin terrorçu mahiyyətini, beynəlxalq hüququn nizamnamələrinin bu rejim üçün yalnız kağız parçası olduğunu bir daha sübut edəcək”.

A.Qut Azərbaycanın mövcud status-kvo ilə heç vaxt razılaşmayacağını bəyan etdiyini diqqətə çatdıraraq deyib: “Rəsmi Bakı sülh danışıqlarının başlanmasına hazırdır. Dünyada beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş normaları var. 1992-ci ildə Azərbaycan BMT-yə daxil olanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün sarsılmazlığı və toxunulmazlığı təsdiq edilib. Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Buna baxmayaraq, Azərbaycan danışıqlara hazırdır və qabaqca Ermənistandan Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən rayonların azad olunmasını tələb edir. Azərbaycan gələcəkdə Dağlıq Qarabağın status məsələsini həll etməyə və erməni əhaliyə Azərbaycan çərçivəsində dünyada olan ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Mən tez-tez Bakıda oluram və eşidirəm ki, Azərbaycanın Sarkisyan rejimindən əziyyət çəkən erməni xalqı ilə heç bir problemi yoxdur. Amma Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılması qeyri-mümkündür. Dünya bunu başa düşür. Odur ki, dünya birliyi susmağa və Ermənistanın nazı ilə oynamağa son qoymalıdır”.

Arye Qutun fikrincə, bu gün Ermənistan geosiyasi və geoiqtisadi təcriddədir. İsrail Prezidenti fikrini belə yekunlaşdırıb: “Bu ölkə faktiki olaraq öz inkişafının əsirinə çevrilib. Gələcəyə inanmayan gənclər ölkəni tərk edirlər. Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində ölkədə vur-tut 1,5 milyon adam ya qalıb, ya da qalmayıb. Bu rejim öz xalqına qarşı “ağ soyqırımı” həyata keçirir. İndi isə Azərbaycana baxın. Bu ölkə dünya birliyinə özünün konfessiyaların dinc yanaşı yaşaması nümunəsini, multikülturalizm və tolerantlıq modelini təklif edir. Azərbaycan Prezidenti İlham Əliyev dünya birliyinə daim multikulturalizm ideyaları ilə müraciət edir, bunu Azərbaycan xalqının həyat tərzi sayır və mən deyərdim ki, multikülturalizmi və tolerantlığı dövlət səviyyəsinə qaldırıb. Maraqlıdır, görəsən kimsə Ermənistan prezidentindən etnik ermənilərdən başqa, demək olar, heç kəsin yaşamadığı, 1988-ci ildə 250 min azərbaycanlının cəmi bir gecədə öz dədə-baba torpaqlarında qovulduğu monoetnik Ermənistanın multikulturalizmi haqqında bəyanatlar eşidibmi?” (Azərtac)

Previous Post

`Ermənistanın nazı ilə oynamağa son qoyulmalıdır` – Arye Qut

Next Post

Rusiya kanalı Qarabağdan reportaj hazırladı – VİDEO

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı...

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Next Post

Rusiya kanalı Qarabağdan reportaj hazırladı - VİDEO

“Moskva Qarabağa görə ermənilərə təpindi...” - Rusiyalı politoliq Piontkovski

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.