"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiya kanalı Qarabağdan reportaj hazırladı – VİDEO

08 May 2016 - 07:20
in XƏBƏR LENTİ
FacebookVatsap

Rusiyanın “Birinci kanal”nın müxbiri Azərbaycan və Dağlıq Qarabağın münaqişə zonasında olub.

Bunu da oxuyun

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

 

Telekanal münaqişə haqqında geniş reportaj hazırlayıb. “Birinci kanal” reportajına Şəhidlər Xiyabanında başlayaraq burada uyuyanların 1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olduğunu qeyd edib. Daha sonra rusiyalı müxbir Dağlıq Qarabağ ərazisinə görə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaflardan söz açır. Bu müharibədə on minlərlə insanın həlak olduğunu qeyd edir.

Rusiyalı müxbirlərin reportajına görə, Azərbaycanın yaşlı nəsli müharibə istəmir və münaqişənin sülh yoluyla həll olunmasına tərəfdardır. Yaşlı nəsil məsələnin danışıqlar yolu ilı həll olunmasını və bu prosesdə Rusiya prezidenti Vladimir Putinin böyük rol oynayacağına ümüd edir.

“Birinci kanal” reportajında “Azərbaycanda “barıt qoxusu” hiss etməyən gənc nəslin müharibə istədiyini və ermənilər tərəfindən işğal olunmuş torpaqların yalnız müharibə yoluyla azad olunmasına tərəfdar” olduğunu vurğulayır. Daha sonra Rusiya televiziyasının nümayəndələri Qarabağı göstərirlər. Ruslar burada erməni silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində həlak olmuş dinc sakin 16 yaşlı Turanə Həsənlinin valideyinləri ilə görüşüb.

Qarabağdan sonra müxbir Rusiyanın Qavrilovo kəndindən söz açır, burada yaşayan azərbaycanlı-erməni Adil və Karine Məmmədovlar ailəsini göstərir, onların münaqişəyə münasibətini nümayiş etidirir.

Sonda Rusiya telekanalı aprel ayında cəbhə xəttində baş verən gərginlikdən danışır. Tərəflər arasında qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması haqda razılığın əldə olunduğunu vurğulayır.

Cəbhə xəttində aprelin 1-dən 5-nə kimi davam edən hərbi əməliyyatlar zamanı erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutub. Atışma nəticəsində mülki əhalidən 1-i azyaşlı olmaqla 4 nəfər ölüb, 2-i azyaşlı olmaqla 18 nəfər yaralanıb.

Aprelin 1-dən 5-nə qədər cəbhə xəttində vəziyyət gərgin olub. Həmin vaxt Ermənistan ordusu işğal altında saxladığı ərazilərdən Azərbaycanın cəbhə kəndlərini intensiv şəkildə atəşə tutub. Ermənistanın təxribatlarına qarşı cavab tədbirləri həyata keçirən Azərbaycan ordusu işğal altında olan bəzi əraziləri azad edib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus onlarla tank, artilleriya, möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Aprelin 5-də Müdafiə Nazirliyinin verdiyi məlumata görə, saat 12:00-dan hər iki tərəfin razılığı ilə təmas xəttində atəşkəs elan olunub. Aprel ayının 8-də və 9-da qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib. ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib. (Ans)

Previous Post

`Ermənistanın nazı ilə oynamağa son qoyulmalıdır` – Arye Qut

Next Post

“Moskva Qarabağa görə ermənilərə təpindi…” – Rusiyalı politoliq Piontkovski

Bənzər yazılar

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:30

Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Elchi.az xəbər verir...

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:07

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Əziz Səncər...

Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

07 Sentyabr 2026 - 11:48

ABŞ XX əsrin ortalarından etibarən beynəlxalq münasibətlər sistemində strateji güc kimi çıxış edir, müharibələrin, hakimiyyət çevrilişlərinin, təhlükəsizlik böhranlarının və sülh danışıqlarının əsas siyasi mərkəzlərdən biri hesab olunur. Vaşinqton tarixində bir çox konfliktlərin...

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Elchi.az - a Məktəbəqədər...

Next Post

“Moskva Qarabağa görə ermənilərə təpindi...” - Rusiyalı politoliq Piontkovski

“Moskva Qarabağa görə ermənilərə təpindi...” - Rusiyalı politoliq Piontkovski

Son xəbərlər

Finlandiya Rusiya ilə sərhəddə 200 km-lik çəpərin tikintisini tamamlayıb

Finlandiya Rusiya ilə sərhəddə 200 km-lik çəpərin tikintisini tamamlayıb

07 Sentyabr 2026 - 19:07
TƏBİB sədri bu xəstəxanaya yeni direktor təyin etdi – FOTO

TƏBİB sədri bu xəstəxanaya yeni direktor təyin etdi – FOTO

07 Sentyabr 2026 - 18:59
Külək nəticəsində Bakıda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb

Külək nəticəsində Bakıda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb

07 Sentyabr 2026 - 18:48
Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

07 Sentyabr 2026 - 18:39
Bakıda Dördüncü İqlim Həftəsinin ilk günü başa çatdı – FOTO

Bakıda Dördüncü İqlim Həftəsinin ilk günü başa çatdı – FOTO

07 Sentyabr 2026 - 18:26
“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

07 Sentyabr 2026 - 18:17
Bakıda 19 istiqamətdə sıxlıq var – SİYAHI

Bakıda 19 istiqamətdə sıxlıq var – SİYAHI

07 Sentyabr 2026 - 17:57
Yaponiya MN: “Hava məkanımız pozulmayıb, prosesə nəzarət edilir”

Yaponiya MN: “Hava məkanımız pozulmayıb, prosesə nəzarət edilir”

07 Sentyabr 2026 - 17:45
FHN-in əməkdaşları velosiped yarışında uğur qazanıblar

FHN-in əməkdaşları velosiped yarışında uğur qazanıblar

07 Sentyabr 2026 - 17:39
FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

07 Sentyabr 2026 - 17:27
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

07 Sentyabr 2026 - 17:15
Tanzaniya Prezidentinin həyat yoldaşı vəfat edib

Tanzaniya Prezidentinin həyat yoldaşı vəfat edib

07 Sentyabr 2026 - 17:10
Yağış yağır, külək əsir, Şamaxıya dolu düşüb – FAKTİKİ HAVA

Yağış yağır, külək əsir, Şamaxıya dolu düşüb – FAKTİKİ HAVA

07 Sentyabr 2026 - 16:59
Abşeron Milli Parkında astro kamp təşkil edilib

Abşeron Milli Parkında astro kamp təşkil edilib

07 Sentyabr 2026 - 16:55
Qubada kanaldan meyit tapıldı

Qubada kanaldan meyit tapıldı

07 Sentyabr 2026 - 16:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.