Ermənistanın Azərbaycana qarşı mina təhdidinə son qoyulmalıdır.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.
“Bu gün Ağdam rayonunda minanın partlaması nəticəsində minaların zərərsizləşdirilməsi üzrə azərbaycanlı mütəxəssis xəsarət alıb. 2020-ci il müharibəsi başa çatdığı gündən bəri mina qurbanlarının sayı 338 nəfərə çatıb”, – qeyd edilib.
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....






















Son şərhlər