Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Aİ-nin eyni zamanda üzvü olmaq mümkün deyil, ona görə də İrəvan bu məsələ ilə bağlı qərarını zamanla verəcək.
Elchi.az -ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
“Başa düşürük ki, eyni zamanda Aİ və Aİİ-də üzvlük mümkün deyil. Seçim qaçılmaz olduğu zaman biz müvafiq qərar qəbul edəcəyik”, – o vurğulayıb.
Baş nazirin sözlərinə görə, bu qərar vəziyyətin təhlili, ölkənin perspektivləri və digər məqamlar əsasında qəbul ediləcək.


















