Ermənistan parlamentinin üzvü Sarqis Xandanyan bildirib ki, ölkənin NATO-ya daxil olması texniki və siyasi baxımdan mümkün deyil.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Parlamentarinin sözlərinə görə, Ermənistan təhlükəsizlik və müdafiə sahəsində digər dövlətlərlə əməkdaşlığa açıqdır: “Ermənistan hökuməti heç vaxt üzvlük istəyindən danışmayıb”, – deyə Xandanyan vurğulayıb.
Deputat Ermənistanı tərk edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) tənqidi danışıb. O, əlavə edib ki, İrəvanın Rusiyaya çox sualları var.
Yeganə