“Yunanıstanın və Ermənistanın zəlzələ müqabilində Türkiyəyə etdiyi yardımın nə qədər səmimi olduğuna gəldikdə bir mənalı mövqe bundan ibarətdir ki, hər hansı bir səmimiyyətdən xeyirxahlıq dan söhbət gedə bilməz” – bu sözləri Elchi.az saytına açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Müqayisə aparmaq olar ki, Ermənistandan Suriyaya köməyə getmiş insanlarda belə nalayiq hərəkətlər üzə çıxmadı. Amma Türkiyəyı yollayan dəstənin içərisindən belə faktlar ortaya çıxıb. Xüsusilə humanitar adı ilə etdiyi addımlar daha çox siyasi xarakter daşıyır. Onlar burada Ermənistanı humanist dövlət olduğunu göstərirlər. Hər kəsə məlumdur ki onların bu humanist imeci çoxdan zədələnib. Ermənistanın etdiyi yardımın hədəfi daha çox başqa ölkələrdən xal qazanmaqdır. Bu kimi addımlar ataraq Türkiyə ilə olan sərhədləri açıb, əlaqələri genişləndirkr ki sabah öz mənfur hərəkətləri üçün istifadə eləsin”.
Havar Şəfiyeva