"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistanın hücuma keçdiyi sübut edildi – Rəsmi

14 Aprel 2016 - 19:35
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO


“Dağlıq Qarabağda son hərbi əməliyyatların bilavasitə Ermənistan tərəfindən başladıldığını sübut edən dəlillər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müfəssəl şəkildə təqdim olunub”.

Avropa.info apa-ya istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın 2 aprel tarixindən etibarən başlanan hərbi əməliyyatlara görə məsuliyyəti Azərbaycanın üzərinə atmasına münasibət bildirərkən deyib.
H. Hacıyev bır sıra məqamlara toxunaraq bunu əsaslandırıb:

“Birincisi, 2015-ci ilin əvvəllərindən etibarən Ermənistanın hərbi doktrinasında əsaslı dəyişikliklərin edilməsi prosesi başlamışdı. Ermənistan müdafiə nazirinin müavini David Tonoyan bu ilin fevralında KİV-ə verdiyi açıqlamada ölkəsinin “statik müdafiə” konsepsiyasından “deterrence” (daşındırmaq və ya çəkindirmək) adlanan hücum xarakterli hərbi doktrinaya keçdiyini bildirmişdi. O əlavə etmişdi ki, Azərbaycanın malik olduğu atəş vasitələrinin fonunda hal-hazırda işğal altında olan ərazilərin təhlükəsizliyini təmin etmək mümkün deyil və ona görə də Ermənistan yeni ərazilər işğal etməklə Azərbaycanı “çəkindirməli” və mövcud işğal olunmuş ərazilər ətrafında “təhlükəsizlik zonası”nı genişləndirməlidir. Hərbi terminologiya dili ilə yanaşsaq, “deterrence” doktrinası əsasən önləyici hücumları nəzərdə tutur ki, 2 aprel tarixində Ermənistan silahlı qüvvələri uğursuz şəkildə buna cəhd etdi. Hərbi doktrinanın hücum xəttinə köklənməsi çox ciddi məqamdır və müvafiq dövlətlər buna xüsusi diqqət yetirməlidirlər.

Bununla Ermənistanın 1993-cü ildə reallaşdıra bilmədiyi hərbi avantüranın yenidən icrasını nəzərdə tutduğu istisna deyil. Hələ o zaman Ermənistan Tərtər və Bərdəni işğal etmək və Yevlax yoluna çıxmağı qarşısına məqsəd qoymuşdu.

Hücumlara Ermənistanın başlamasına ikinci sübut kimi XİN rəsmisi onu qeyd edib ki, 2 aprel tarixindən hələ əvvəl qoşunların təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin kütləvi konsentrasiyası aparılıb. İşğal olunmuş ərazilərdəki Ermənistan qoşunlarına əlavə olaraq, Ermənistanın içərisindəki hərbi hissələrdən əlavə qoşun birləşmələri işğal olunmuş ərazilərə göndərilib. Qoşunların kütləvi konsentrasiyası, arxa təminat və rezerv hissələrin yaradılması və logistik planlaşdırma hərbi əməliyyatlara başlamağın ən bariz nümunəsidir. Ermənistanın onlarla ağır texnikası məhv edilib. Sual olunur: əgər plan hücum deyilsə, adi vaxtda ön xətdə bu qədər texnikanın nə işi var? Əminik ki, müşahidə peyk imkanları olan dövlətlər Ermənistan qoşunlarının konsentrasiyasını görməmiş deyillər.

Hərbi əməliyyata başlamazdan əvvəl qarşı tərəfin canlı qüvvə və texnikasını sıradan çıxarmaq və güclü psixoloji təsir yaratmaq üçün artilleriya hücumları həyata keçirilir.

Aprelin 1-dən 2-nə keçən gecə qoşunların bütün təmas xətti boyunca Azərbaycanın ordusunun mövqeləri və ona çox yaxın yerləşən mülki əhali və obyektlər ağır artilleriyadan intensiv atəşə tutulub. Ermənistan mülki Azərbaycan əhalisini hədəfə almaqla, Xocalı əməliyyatının ssenarisinə uyğun qırğın törətmək, təşviş və xaos yaratmaq kimi məqsəd də güdürdü. Nəzərə almaq lazımdır ki, Ermənistanın indiki müdafiə naziri və siyasi rəhbərliyində olan şəxslər Xocalı əməliyyatını planlaşdıran və icra edənlərdir.

Ermənistan tərəfinin daha çox itki verməsi bir tərəfdən Azərbaycan ordusunun peşəkarlığının göstəricisi olduğu halda, digər tərəfdən Ermənistanın hücumda olmasının göstəricisidir.

Sadə məntiq budur ki, hücumda olan silahlı qüvvələr daha çox itki verir. Azərbaycan ordusu yüksək peşəkarlıq və yalnız birinci eşelondakı məhdud qüvvələrlə qarşı tərəfin həmləsinin qarşısını alıb və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün atəş məntəqələrini susdurub və bu təyinatla istifadə edilən yüksəklikləri işğaldan azad edib. Ermənistanın cəzasızlıq sindromu Azərbaycan ordusu tərəfindən sındırıldı və rəsmi Yerevan atəşkəsə vadar edildi. Ona görə də 2-5 aprel tarixlərində qoşunların təmas xəttində yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Bu hərbi avantüranın və Ermənistanın ordusunun itkilərinin məsuliyyətini Ermənistan xalqı indiki kriminal rejimdən tələb etməlidir”.

Previous Post

Ermənistanın hücuma keçdiyi sübut edildi – Rəsmi

Next Post

İrəvanın Azərbaycana qarşı çirkin Kazan oyunu

Bənzər yazılar

Silahın səsindən xeyirxahlığın  səsinə uzanan bir ömür

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13

Torpaq sözün müstəqim mənasında əkin biçin yeri, insanın yaşamaq ehtiyaclarını ödəyən maddi varlıqdan daha böyük bir anlayışdır. İnsan torpağın üzərində...

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59

14-18 sentyabr 2026-cı il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 70-ci Növbəti Sessiyası...

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

21 Sentyabr 2026 - 10:16

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub....

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30

Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib. Bu...

Next Post

İrəvanın Azərbaycana qarşı çirkin Kazan oyunu

İrəvanın Azərbaycana qarşı çirkin Kazan oyunu

Son xəbərlər

Silahın səsindən xeyirxahlığın  səsinə uzanan bir ömür

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13
Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr 2026 - 12:28
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar sabah tam ödəniləcək

21 Sentyabr 2026 - 12:20
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq, duman olacaq

21 Sentyabr 2026 - 12:17
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59
Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

21 Sentyabr 2026 - 11:47
İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41
Arıqlama dərmanları restoranlara da təsir edir

Arıqlama dərmanları restoranlara da təsir edir

21 Sentyabr 2026 - 11:33
Lerikdə 15 kq narkotik aşkarlanıb

İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandır

21 Sentyabr 2026 - 11:21
Lerikdə 15 kq narkotik aşkarlanıb

Lerikdə 15 kq narkotik aşkarlanıb

21 Sentyabr 2026 - 11:14
Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

21 Sentyabr 2026 - 11:07
Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

21 Sentyabr 2026 - 10:57
Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

21 Sentyabr 2026 - 10:48
Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39
İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

21 Sentyabr 2026 - 10:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.