İrəvandakı “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar Ermənistan hökuməti matəm günü elan edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Matəm gününün vaxtı axtarış-xilasetmə işləri başa çatdıqdan sonra müəyyən ediləcək.
Xatırladaq ki, avqustun 16-da səhər saatlarında “Sürməli” ticarət mərkəzindəki parlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.