Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.
Sabah bu rayonda 3 saat işıq olmayacaq
Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və...





















Son şərhlər