“Ermənistanın baş naziri Nikol Paşinyan öz açıqlaması ilə həm sülh istiqamətində mesajlar verdi, həm də bizim təhlil və araşdırmalarımız üçün də müxtəlif fikirlər söylədi” – bu sözləri Elchi.az-a müsahibəsində politoloq İlyas Hüseynov deyib.
O, həmçinin əlavə edib:”Onun bəyanatında qeyd olunurdu ki, bağlı qapılar arasında müdafiə potensialının gücləndirilməsi, yeni silahlara yiyələnmə üçün müzakirələr keçirtməyə hazırdır və bu birbaşa olaraq sülhə qarşı olan təhtiddir. Ona görə də Ermənistan yeni aldığı silahları tətbiq etməklə yeni planlar qurmağa çalışır. Xüsusilə cənab prezidentin Salyanda verdiyi mesaj elə o səpkidə idi ki, Azərbaycan istənilən senariyə hazırdır, lakin bizim üçün əsas məqsəd Ermənistanla sülh müqaviləsinin imzalanması, birgə yaşayışın tədbiq olunması, Ermənistan tərəfindən Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan olunması, ölkəmizə qarşı ərazi iddiaları son qoymaq və düşmənçiliyi ayrı seçkiliyi və xəstə təfəkkürü yığışdırmaqdır.
Azərbaycanın bayrağına Nikol Paşinyanın gözü qarşısında od vurulursa bu o deməkdir ki, Ermənistan sülh istəmir. Lakin biz sülh tələb edirik”.
Havar Şəfiyeva