“Ermənistan iki il ərzində Azərbaycana qarşı ərazi iddialarından geri çəkilmədi. 10 noyabr Birgə bəyannamənin bir neçə bəndini yerinə yetirmir. Danışıqlar prosesini vaxt qazanaraq silahlanıb, yenidən müharibə etmək planına malikdir. Baş verən proseslər bunu göstərir”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə FB hesabında bildirib:
“Azərbaycan Ermənistana ciddi zərbə vurmalı, “Zəngəzur” dəhlizinin açılmasını təmin etməlidir. Həmçinin, Ermənistanla aramızda 15 km. “Bufer zona” yaratmalıdır. Demək olar, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üfüqdə görünmür. Bu, Ermənistan Baş nazirinin siyasi iradəsizliyindən qaynaqlanır”.
Şayəstə