“Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı narahatlığını ifadə edir”.
Elchi.az erməni mediasına istinadən bildirir ki, bu barədə Avropa Şurasının (AŞ) baş katibinin sözçüsü Cüzeppe Dzafuto məlumat verib.
“Gərginliyin artmasının qarşısını almaq üçün dialoq əsasdır. Avropa Şurası etimadın gücləndirici tədbirləri ilə Ermənistan və Azərbaycan arasında barışıq səylərini dəstəkləməyə hazırdır”,- deyə C.Dzafuto rəsmi Twitter hesabında yazıb.
Yeganə