Oktyabrın 21-də “KTMT-dən Çıxma Assosiasiyası” təşəbbüs qrupu Ermənistan parlamentinin sədri Alen Simonyana “Ermənistanın təhlükəsizlik məsələləri” “Ermənistanın KTMT-dən çıxması tələbi” mövzusunda parlament dinləmələrinin təşkili təklifi ilə müraciət göndərib. Elchi.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır. “Müraciət xarici əlaqələr, müdafiə və təhlükəsizlik, dövlət-hüquq məsələləri, regional və Avrasiya inteqrasiyası, insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyalarının rəhbərlərinə də ünvanlanıb. Müraciətin əsaslandırmasında qeyd edilir: “Bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək baxışı narahat edir, ona görə də biz bu müzakirəni zəruri hesab edirik”, – nəşr qeyd edir.
Şəlalə