"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistan isteriya və şübhə içində – düşmən mediası nələr yazır…

03 Sentyabr 2016 - 10:11
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Xəzər dənizini qorumaq vacibdir – Prezident

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Bakıda NATO-nun təlim kursu keçirilir

 Ermənistan isteriya və şübhə içində - düşmən mediası nələr yazır...

Ermənilər üçün aprel müharibəsi bir kabus idi, bitdi, amma qurtarmadı…; Deputat Tevan Poqosyan aprel döyüşlərində məğlubiyyətin günahkarlarının qovulmaqdan əlavə, cəzalanmasını da tələb edir; Yenokyan: “Ermənistanın arxasında hansısa planlar müzakirə olunur…”

Ermənistan mətbuatında hər gün Qarabağdan danışılır. Qarabağ ətrafında baş verənlər barədə fikir bildirən  siyasətçilərin, deputatların, politoloqların, qəzet yazarlarının sayı-hesabı yoxdur. Doğrudur, yazmağa və söyləməyə bir şey tapmayanda fantaziyalarını da işə salmağı unutmurlar. Bütün fikirlərdə isə yalnız bu sezilir – xof, isteriya, şübhə…
 
Amma hər halda düşmən cəbhəsinin beyinlərindən nələr keçdiyini Azərbaycan oxucularına çatdırmamaq da olmaz.
Ermənistan “Siyasi və beynəlxalq araşdırmalar mərkəzi”nin direktoru Agasi Yenokyan Qarabağ ətrafında son gəlişmələrlə bağlı iragir.am saytına açıqlamalar verib.
Agasi Yenokyan Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açarın Rusiyanın əlində olduğunu söyləyib.
Buna rəğmən Yenokyan Rusiyanın bu məsələdə mövqeyinin konstruktiv olmadığını söyləyib: “Azərbaycan və Ermənistan prezidentləri arasında son görüşü Moskva təşkil edib. Yəqin ki, Rusiya ATƏT-in digər həmsədrləri ilə razılaşdırmadan onlara bir sıra təkliflər də verib. Burdan belə çıxır ki, nizamlama prosesi üçün ən böyük potensial elə Rusiyada olmalıdır. Lakin Moskva münaqişəni həll etməkdə maraqlı deyilsə o başqa…”
Müxbirin Qarabağ problemi ilə bağlı Ermənistanda mövcud olan situasiya və mövqeyi barədə sualına Yenokyan belə cavab verib:

“ATƏT vasitəçiləri o qədər xeyirxah oldular ki ”Sasna tsrer” qiyamında Ermənistana öz daxili problemləri ilə boğuşmağa imkan verdilər. Qarabağ münaqişəsinə gəlincə, burda söhbət ərazi güzəştlərindən gedir. Hərçənd ki, Ermənistanın əvəzində nə alacağı bilinmir. Dəyişən bircə odur ki, iqtidar ərazi güzəştləri mövzusundan daha qaçmır və bunun birtərəfli olmayacağını bəyan edir. Lakin bununla bağlı adekvatlıq kodu hələ tapılmayıb”.
Yenokyan qondarma “DQR”in müstəqilliyinin tanınması ilə bağlı suala qeyri-müəyyən cavab verib:“Müzakirələrin getdiyi 20 il ərzində biz ərazilərin təslim edilməsi, qaçqınlar, sülh deyərkən Dağlıq Qarabağ xalqının (Dağlıq Qarabağın erməni icmasının – red.) öz müqəddəratını həll etmək hüququ məsələsindən uzaqlaşmışıq.  Müqəddəratı həll etmək hüququ barədə müəyyənlik həll olunmayana qədər problemin nizamlanmasından danışmaq olmaz. Digər tərəfdən, statusla bağlı da anlaşılmaz təkliflər gəlir. Bizlər üçün öz müqəddəratını həll etmək hüququ , elə öz statusumuzu müəyyən etmək imkanıdır”.
Yenokyanın fikrincə, “Sasna tsrer” qiyamı nəticəsində Ermənistan onun üçün təhlükəli sayılan Lavrov planından imtina etməyə macal tapıb: “Lakin görünür ki, Ermənistanın arxasında hələ də hansısa planlar müzakirə olunur. Mümkündür ki, bu elə həmin Lavrov planı olsun”deyə, Yenokyan açıqlamasında bildirib.
Ermənistanın digər politoloqu, Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryanın fikrincə, aprel hadisələrindən sonra Qarabağ məsələsinin nizamlanmasında aktivlik hələ müşahidə olunmur: “Dördgünlük aprel döyüşlərindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri xüsusilə aktiv idilər. Onlar məsələnin həlli üçün bir çox cəhdləri həyata keçirirdilər. Lakin ATƏT-in rayon və torpaqların təslim edilməsi ilə bağlı səslənən təklifləri hər iki tərəfdə böyük panikaya səbəb oldu” deyə, o, jurnalistlərə açıqlamasında bildirib.
Politoloqun fikrincə, hazırda sərhəddə vəziyyət sakit görünməsinə baxmayaraq, sülh həmişə davam edə bilməz: “Gərginliyin azalması üçün siyasi faktorlar və mexanizmlər mövcud deyil. Hər şey mexaniki həyata keçirilir”, deyə, Aleksandr İsgəndəryan qeyd edib.
Ermənistanın “Miras”  Partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyanın da ağlı hələ də aprel döyüşlərindədir. O, parlamentdə jurnalistlərlə söhbət zamanı Qarabağda ərazi güzəştlərindən söhbət gedə bilməyəcəyini söyləyib. Poqosyanın fikrincə, aprel döyüşlərindən sonra müvafiq dərslər alınsa da bütün bunlar kifayət etmir.
Erməni deputat bu döyüşlərdə məğlubiyyətin (Ermənistan tərəfinin -red.) günahkarlarının qovulmaqdan əlavə, cəzalanmalı olduğunu da qeyd edir: “Erməni ordusu təkcə müdafiəyə deyil, preventiv zərbələr endirməyə də qadirdir”, deyə, erməni deputat “xox gəlməyi ” də unutmayıb.
Xatırladaq ki, Ermənistan silahlılarının Qarabağdakı qruplaşmasının komandanı (ermənilər onu “DQR”in Müdafiə Ordusunun komandanı adlandırırlar) Levon Mnatsakanyan da Rusiyanın “Regnum” agentliyinə verdiyi müsahibədə erməni ordusunun apreldə itirdiyi mövqeləri qaytarmağa şansı olacağını söyləmişdi. Lakin necə deyərlər, hürən it dişləmir…
Hər halda erməni mətbuatına göz yetirdiyimiz zaman bir şeyi görə bilərik… Bu hava onların havasıdı… Aprel müharibəsi onlar üçün bir kabus idi, bitdi amma qurtarmadıE Atəşkəs davam edir. Torpaqlarımız hələ düşmən tapdağı altındadır.
Doğma yurdlarımızda səngərlər qazırlar, su kəmərləri çəkirlər, kəndlərimiz bombalanır…onlara nə var. İtirilən, gedən öz torpaqları deyil ki…Tək məqsədləri varEatəşkəs mümkün qədər uzansın…hətta on illərlə… Torpaqlar işğal altında qalmaqda davam etsin, status-kvo olduğu kimi saxlanılsın…
Lakin bunu artıq edəməyəcəklərini də gözəl bilirlər. Azərbaycan əsgəri aprel döyüşlərində yalnız status-kvonu silkələmədi; həm də və əsasən, erməni cəmiyyətini, bu millətlə bağlı olan hər şeyi silkələdi və sarsıtdı.
Previous Post

Ermənistan isteriya və şübhə içində – düşmən mediası nələr yazır…

Next Post

“Bu, Türkiyədə növbəti çevriliş planıdır”

Bənzər yazılar

Xəzər dənizini qorumaq vacibdir – Prezident

Xəzər dənizini qorumaq vacibdir – Prezident

09 Oktyabr 2026 - 14:30

Bu gün Xəzər dənizinin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzər dənizindən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri...

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

09 Oktyabr 2026 - 14:07

Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılmasında iştirak edəcək. Elchi.az xəbər verir ki, Nazirlə Kabineti bununla...

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci...

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Next Post

“Bu, Türkiyədə növbəti çevriliş planıdır”

“Bu, Türkiyədə növbəti çevriliş planıdır”

Son xəbərlər

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

09 Oktyabr 2026 - 14:44
İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilir

İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilir

09 Oktyabr 2026 - 14:33
Xəzər dənizini qorumaq vacibdir – Prezident

Xəzər dənizini qorumaq vacibdir – Prezident

09 Oktyabr 2026 - 14:30
Hadrutda 100-dən artıq şəxsin məşğulluğu təmin edildi

Hadrutda 100-dən artıq şəxsin məşğulluğu təmin edildi

09 Oktyabr 2026 - 14:14
Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

09 Oktyabr 2026 - 14:07
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

09 Oktyabr 2026 - 14:04
Polşa Ukraynaya XAHİŞ

Polşa Ukraynaya XAHİŞ

09 Oktyabr 2026 - 14:00
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

09 Oktyabr 2026 - 13:52
Bu gün “Neftçi”-“Sabah” oyunu keçiriləcək

Bu gün “Neftçi”-“Sabah” oyunu keçiriləcək

09 Oktyabr 2026 - 13:43
Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026 - 13:34
Azərbaycanda əhalinin gəlirləri artıb

Azərbaycanda əhalinin gəlirləri artıb

09 Oktyabr 2026 - 13:30
Vətən yarasının məlhəmi Zəfər oldu

Vətən yarasının məlhəmi Zəfər oldu

09 Oktyabr 2026 - 13:25
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

09 Oktyabr 2026 - 13:08
Tramp Maskı Milli Elm Medalı ilə təltif edib

Tramp Maskı Milli Elm Medalı ilə təltif edib

09 Oktyabr 2026 - 13:00
Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

09 Oktyabr 2026 - 12:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.