Oktyabrın 8-də ABŞ prezidenti Donald Tramp elmi tədqiqatlara verdiyi töhfələrə görə “Tesla” və “SpaceX” şirkətinin baş direktoru İlon Maska Milli Elm Medalını təqdim edib.
Elchi.az xəbər verir ki, mükafatlandırma mərasimi Vaşinqtonda, ABŞ Sülh İnstitutunda baş tutub.
C-SPAN xəbər verir ki, Tramp mərasim zamanı deyib: “Elon bizim müasir Thomas Edisonumuzdur. Elon, mən səni təbrik etmək istəyirəm. Sən mənim dostumsan, amma həm də çox xüsusi bir insansan”.
Trampın sözlərinə görə, SpaceX NASA-nın insanların kosmosa uçuşlarının həyata keçirilməsində müstəqilliyinin qorunmasında mühüm rol oynayıb. Ağ Ev rəhbəri həmçinin Neuralink-in işini yüksək qiymətləndirərək, şirkətin xəstələrdə görmə və motor funksiyalarının bərpasında əldə etdiyi nailiyyətləri qeyd edib.
ABŞ prezidenti Tesladan danışarkən əmisi, əvvəllər ABŞ hökuməti adından Nikola Teslanın arxiv materiallarını araşdıran alim Con Trampı xatırladıb. Bununla bağlı Tramp zarafatla qeyd edib ki, əks halda Mask şirkətin adını dəyişməli olacaqdı.
Yeganə





















