“Rusiyanın müharibədə qalib gəlməsi və ya məğlub olmasından asılı olmayaraq Ermənistan heçvaxt Azərbaycana qarşı siyasi və qeyri siyasi düşüncələrini dəyişməyəcək”-bu sözləri Elchi.az-a açıqlamasında hərbi-siyasi ekspert Abuzər Əbilov deyib.
Ekspert Ermənistanın tarixlər boyu Azərbaycana nikbin münasibət yürütdüyünü vurğulayıb.
“Əgər hansısa dövlətin yaranışında onun səhv siyasəti varsa, onu yeni yaranan ölkələr kimi qəbul etməməliyik. Ermənistan 30 il ərzində hər zaman Azərbaycana qarşı düşmən mövqeyində olub, bu təkcə mənim düşüncəmə görə yox, bir çox politologların fikirlərinə görə bu belədir”.
O həmçinin İranla bağlı fikirlərini də bölüşüb:” Ermənistanla bağlı həmçinin İran da daxil olmaqla bu iki dövlət heç zaman Azərbaycana qarşı müsbət mövqe yürütməyib”.
Hərbi ekspert son olaraq öz sərhədlərimizdə düşmən saxladığınızı və onlarla sərhəd olaraq yaşamağa məcbur olduğumuzu qeyd edib.
Havar Şəfiyeva