"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistan batır – erməni ekspertlərdən SOS siqnalı

17 Yanvar 2017 - 10:23
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Ermənistan batır – erməni ekspertlərdən SOS siqnalı

“Vəziyyət daha betər olacaq…”; Aprel döyüşlərdən sonra işğalçı ölkənin iqtisadiyyatı daha sürətlə uçuruma gedir – yeni baş nazir Karapetyan da “yaraya” məlhəm ola bilmədi; toplumdakı apreldən sonrakı qırılma, yeni müharibə xofu isə əhalini daha bədbin ovqata kökləməkdədir…

Ötən ilin aprelindəki 4 günlük müharibədə Ermənistanın aldığı hərbi zərbə həm ölkə toplumunun ovqatında, həm də əhalinin sosial-iqtisadi durumunda özünü getdikcə daha qabarıq göstərməkdədir. “Yeni Müsavat” xəbər verir ki, bunu artıq yerli analitiklər də etiraf və qeyd edirlər. Eyni zamanda proseslərin daha pis ssenari üzrə inkişaf edə biləcəyi haqda xəbərdarlıqlar etməkdə, SOS siqnalları verməkdədirlər.

Yerli təhlilçilər belə vəziyyətə görə haqlı olaraq kriminal Sərkisyan rejimini ittiham edirlər. Bu xüsusda istər erməni siyasi şərhçilərinin, istərsə də erməni iqtisadçı analitiklərin son açıqlamaları diqqət çəkməklə yanaşı, işğalçı ölkədəki daxili ictimai fikri və mənəvi ovqatı da yaxşı əks etdirir. Toplumdakı apreldən sonrakı qırılma, yeni müharibə xofu isə əhalini daha bədbin ovqata kökləməkdədir…  

***

“20 il bizə yalan danışdılar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub və yalnız vaxtı uzatmaq qalır”. Bu barədə erməni politoloq Aqasi Yenokyan münaqişə ətrafındakı son durumu və sülh danışıqlarının perspektivini şərh edərkən deyib. (publika.az)

Onun sözlərinə görə, 2016-cı il ermənilərə Qarabağ münaqişəsinin əsla həll olunmadığını xatırladıb: “Əvvəl biz yaşayırdıq, işləyirdik və 20 il boyunca dövlətin o fərziyyəsinə inanırdıq ki, münaqişə həll edilib, sadəcə vaxtı uzatmaq lazımdır. Aprel müharibəsi isə göstərdi ki, illər boyu bizə yalan danışıblar və hər şey deyildiyi kimi deyil. Belə çıxır ki, bizim gözlərimizi açdığı üçün düşmən hesab etdiyimiz Azərbaycana minnətdar olmalıyıq” – erməni politoloq qeyd edib.

“20 il bizə yalan danışdılar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub və yalnız vaxtı uzatmaq qalır”

Onun əminliyinə görə, Ermənistan münaqişənin həlli yönündə hərəkət etmir: “Aprel müharibəsindən sonra Qarabağ münaqişəsinin nizama salınmasında iki mərhələ baş verdi. Birinci mərhələdə Ermənistan münaqişənin həll olunması məsələsinə razılaşdı. İkinci mərhələdə isə Azərbaycan təmasları artırmaq istiqamətində işlədi, lakin Ermənistan təmaslardan çəkindi. Hərbi paradda isə hakimiyyət ”İsgəndər”ləri nümayiş etdirərək bizi əmin etməyə çalışdı ki, Azərbaycandan üstünük. Lakin reallıq fərqlidir. Həmçinin, ərazilərin qaytarılması məsələsi gündəmə gəldi. 2017-ci ildə Ermənistanda seçkilər gözlənilir və güman ki, ərazilərin qaytarılması, münaqişənin həlli məsələsi əsas müzakirələrdən biri olacaq. Bütün bunlara baxmayaraq, bizim münaqişənin həlli istiqamətində hərəkət etmədiyimiz dəqiqdir”.

***

Erməni tanınmış iqtisadçı Aşot Yeqizaryan isə Karen Karapetyanın baş nazir kimi 100 günlük fəaliyyətini şərh edərkən deyib ki, ölkə iqtisadiyyatının indiki durumu Karapetyan baş nazir təyin edilən günlə müqayisədə daha ağırdır. 1 in.am-a danışan iqtisadçı ekspert qeyd edib ki, Ermənistan iqtisadiyyatının vəziyyəti, yumşaq desək, xəstədir: “Həmin təyinat zamanı kifayət qədər çox gözləntilər var idi. Amma 100 gün sonra situasiya daha betər olub. Hansısa uğurdan söhbət belə getmir, çünki belə uğur, sadəcə, yoxdur. Ermənistan özünü Rusiyaya ”calaq etdikcə”, – hansı Rusiya ki, ona qarşı bütün dünyada təcrid siyasəti aparılır, – heç bir inkişaf olmayacaq” – Yeqizaryan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan özü-özünü hər hansı alternativ inkişafdan, istənilən qəbildən olan müstəqil seçimdən məhrum edib və xarici iqtisadi siyasət aparmaq imkanında deyil. “Bizim seçim imkanımız yoxdur. Biz Avropa Birliyindən imtina eləmişik. İrandan imtina edirik. Bizi seçmək imkanından məhrum ediblər. Bu şərtlər və şərait qaldıqca, situasiya daha da ağır olacaq”, – deyə o əlavə edib.

***

Bu qənaətlə sözsüz ki, razılaşmamaq qeyri-mümkündür. Ancaq erməni ekspertlər bir həqiqətdən danışarkən başqa acı həqiqəti söyləməkdən nədənsə çəkinirlər. Məsələ ondadır ki, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durumun baş səbəbi məhz Dağlıq Qarabağ ixtilafıdır, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır. Yerdə qalanlar – Rusiyanın quberniyasına çevrilmək, “iqtisadi seçim imkanlarını itirmək”, sürətli emiqrasiya, “Rusiyaya calaq olmaq” – hamısı nəticələrdir, səbəb yox. 

İşğalçı ölkə Azərbaycandan torpaq qoparmaq naminə Rusiyanın satelliti olmağa razılaşdıqca onun vəziyyəti heç vaxt yaxşılaşmayacaq – bu, aksiomdur. Çünki Moskva məsələdə İrəvanın müttəfiqi və işğal ortağı olsa da, Qarabağ probleminin birdəfəlik həllini də arzulamır. Sadəcə olaraq, Dağlıq Qarabağ məsələsindən Azərbaycan və Ermənistanı öz siyasi-hərbi orbitində saxlamaq üçün istifadə edir.

Demək, çarə yenə ermənilərin özünədir: ya Azərbaycan torpaqlarına olan iştahlarından, eləcə də Türkiyəyə, Gürcüstana ərazi iddiasından əl çəkib, bütün qonşularla dinc-yanaşı yaşamaq, iqtisadi inkişaf etmək yolu seçmək, gec də olsa, iri regional layihələrə qoşulmaq, ya da indiki kimi, Rusiyanın marioneti qismində həmişə miskin kökdə olmaq, izolyasiya şəraitində yaşamaq, böyük emiqrasiya problemi yaşamaq. 

Belə bir seçimi Ermənistanın yerinə heç kim etməyəcək.

Previous Post

Ermənistan batır – erməni ekspertlərdən SOS siqnalı

Next Post

Dost dönüb düşmən olanda: Saakaşvili-Poroşenko savaşı

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Dost dönüb düşmən olanda: Saakaşvili-Poroşenko savaşı

Dost dönüb düşmən olanda: Saakaşvili-Poroşenko savaşı

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.