"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ermənilərin yeni qorxusu: “Rusiya gedir, Türkiyə güclənəcək…”

21 Aprel 2024 - 19:34
in SİYASƏT
#image_title

#image_title

FacebookVatsap

Türkiyə ilə Rusiya regiondankənar oyunçuların, xüsusən də Qərbin mövcudluğuna qarşı ortaq mövqedədir

Bunu da oxuyun

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

“Rusiya gedir, amma Rusiyanın dəvət etdiyi Türkiyə qalır”. Bu barədə Erməni KİV-ləri yazıb. “ Türkiyə Müdafiə Nazirliyi deyirdi ki, Rusiyanın da oradan çıxmasının vaxtı çatıb. Bütün bunlar Ərdoğanın 2023-cü il iyulun 12-də Rusiyanın Cənubi Qafqazdan çıxması üçün açıqladığı geri sayım kontekstindədir”, – deyə erməni mediası narahatlığını ifadə edib.

“Rusiyanın Azərbaycandan geri çəkilməsi Türkiyəni bölgədə daha da gücləndirəcək”. Bunu isə erməni analitik Davit Ananyan deyib. “Rusiya sülhməramlıları Qarabağdan çıxarılır. Baş verənlər onu göstərir ki, sülhməramlı kontingentin bu regionda əvvəllər məhdudlaşdırılmış missiyası artıq aktual deyil və yeni sülhməramlı missiyalar formalaşdırmaq da mümkün deyil”, – ekspert bildirib.

O qeyd edib ki, Rusiya bununla Azərbaycanda öz təsiri və mövcudluğunu itirir, ən əsası da bu, Rusiya və Azərbaycan rəhbərliyinin ən yüksək səviyyəsində qərardır. Ananyan hesab edir ki, Rusiyanın Azərbaycandan geri çəkilməsi Türkiyəni bölgədə daha da gücləndirəcək: “Bu kontekstdə bir şey aydındır ki, Ermənistanın maraqları və istəkləri müzakirə olunan prioritetlər çərçivəsindən açıq-aşkar kənarda qalıb. Baş verənlər bizə açıq şəkildə deyir ki, yaxın gələcəkdə bizdən asılı olmayan, amma bizim üçün yaxşı olmayacaq hadisələr gözlənilir”.

Heç şübhəsiz ki, bu açıqlama hər şeydən öncə Rusiya ilə Türkiyə münasibətlərinin korlanmasına yönəlib. Moskva zatən başa düşürdü ki, Türkiyənin Cənubi Qafqazdakı mövcudluğuna qarşı çıxmaqdansa, onunla əməkdaşlıq edib faydalanmaq daha yaxşıdır. Türkiyə də bilir ki, Cənubi Qafqaza daxil olmaq, söz sahibi olmaq üçün Rusiya ilə yaxşı keçinməlidir. Moskvanın əsas hədəflərindən biri Türkiyə ilə geniş bir coğrafiyanı əhatə edən ərazidə strateji müttəfiqlik qurmaqdır. Moskvada yaxşı anlayırlar ki, Qərblə ağır qarşıdurmada ona regional müttəfiqlər lazımdır. Ona görə də Cənubi Qafqazda və hətta başqa coğrafiyalarda Moskvanın Türkiyənin aktivləşməsini istəməsi təbiidir. Türkiyə geosiyasətinin orijinallığı həm də ondan ibarətdir ki, o, qlobal, kontinental və regional coğrafi məkanın bütün siyasi subyektləri arasındakı münasibətlərin incəliklərini nəzərə almaqla hərəkət edir.

Əli Orucov: "AXCP ilə Müsavat biri-birinə potensial rəqib kimi baxırlar"

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, sülhməramlı qüvvələrini çıxarması Moskvanın Cənubi Qafqazdan çıxması anlamına gəlmir: “Rusiya Cənubi Qafqazı özünün ənənəvi və tarixi nüfuz bölgəsi hesab etdiyindən heç vaxt kənar oyunçuların müdaxiləsinə imkan verməyəcək. Tarixə qısa ekskursiya etsək görərik ki, ötən əsrin əvvələrində Birinci Dünya və Rusiyada vətəndaş müharibələri nəticəsində Cənubi Qafqazdan çıxması cəmisi 2 ilə yaxın vaxt çəkib. Sonra yenidən həmin əraziləri özünə ilhaq edib. Hazırkı reallıqlar və dünyada gedən sürətli proseslər Rusiyanın beynəlxalq və regional nüfuzunu kifayət qədər zəiflətsə də, tam sarsıtmayıb. Xüsusən də keçmiş SSRİ məkanında Baltikyanı dövlətlər istisna olmaqla, digərlərində öz ciddi təsirini hələ saxlamaqdadır. Ermənilərin narahatlığının əsl səbəbi başqadır. Ermənilər düşünürdülər ki, Rusiya Gürcüstanda və Moldovada olduğu kimi Qarabağdan çıxmayacaq və Bakı çətin duruma düşəcək. Bu, həm də ermənilərin nə vaxtsa Qarabağa qayıdacaqlarına, öz təcavüzkar niyyətlərini həyata keçirə biləcəklərinə ümidlər yaradırdı. Azərbaycanın fəal və düşünülmüş xarici siyasəti onların bu ümidlərini də məhv etdi. Erməni cəmiyyətinin bədbinliyə və qorxuya qapılmasının əsası yoxdur. Əvvəla, Rusiya Ermənistandadır və buranı da tərk etmək niyyətində deyil. İkincisi, Türkiyə və Azərbaycan Ermənistana qarşı nəinki təhdid yaratmır, əksinə, təhlükəsizliyinin təminatı və beynəlxalq aləmə çıxışı, həmçinin iqtisadi inkişafı üçün açar rolunu oynaya bilər. Əgər İrəvan özü qonşuları ilə mehriban qonşuluq və tərəfdaşlıq siyasəti yürüdərsə, regionda davamlı sülhə və təhlükəsizliyə doğru müsbət çox şey dəyişə bilər. Təəssüf ki, erməni cəmiyyətində Türkiyə və Azərbaycana qarşı ənənəvi, tarixi, hətta patoloji nifrət imkan vermir ki, real vəziyyəti düzgün, obyektiv qiymətləndirə bilsinlər. Ermənistan istədi-istəmədi, Türkiyə Cənubi Qafqazda var və olacaq. Türkiyə ilə Rusiya Cənubi Qafqaz məsələsində tarixi rəqib olsalar da, indiki vəziyyətdə regiondankənar oyunçuların, xüsusən də Qərbin mövcudluğu ilə bağlı ortaq mövqedədirlər. Moskva Türkiyənin burada rol almasını daha çox önəmsiyərdi. Türkiyə Rusiya ilə normal münasibət saxlamaqda maraqlı olan yeganə NATO ölkəsidir, regional gücdür. Türkiyə hətta bir sıra hallarda qlobal siyasətə təsir edə biləcək faktordur. Ermənistan cəmiyyətini təşvişə salan məhz bu amildir. Ermənilər anlamaq istəmirlər ki, nə Türkiyə, nə də Azərbaycan regionda yeni münaqişə istəyir. Türkiyənin regional siyasəti pozitivdir və bütün region ölkələri üçün faydalıdır. Bunu Ermənistan da nəhayət ki, anlamaq məcburiyyətində qalacaq. Fransa Ermənistanın Rusiyanın alternativi kimi təhlükəsizlik çətiri ola bilməz. Buna həm Türkiyə, Azərbaycan və Rusiya kimi regional güclər, həm də Fransa-İngiltərə qarşıdurması imkan verməz. Üstəlik də Fransa region üçün yad və çox uzaqdır. Odur ki, Ermənistan məcburdur ki, kənar oyunçuları Cənubi Qafqaza cəlb etmə taktikasından əl çəksin”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, siyasi şərhçi Niyaməddin Orduxanlı Kremlin sahibinin Azərbaycan və Türkiyəyə inandığını bildirdi: “Qardaş Türkiyə Azərbaycana bütün gücü ilə dəstək verib. Qarabağda rus ordusu ilə birgə müşahidə məntəqəsində fəaliyyət göstərib. Ermənilər məqsədli şəkildə təbliğat aparırlar ki Türkiyənin Qafqazda olması təhlükədir. Qərb bütün gücü ilə çalışır ki, Rusiyanın Azərbaycanla, Türkiyə ilə münasibətləri pozulsun. Rusiyanın axı Azərbaycana təsir imkanları yoxdur. Həm də bizim yanımızda qardaş Türkiyə faktoru var. Putin bunu nəzərə almaqla yanaşı, İlham Əliyevlə şəxsi münasibətləri yüksək səviyyədədir. O, Qərbin Azərbaycanla bağlı fikirlərini çox yaxşı bilir. Rusiya üçün bu gün ən optimal variant hər iki qardaş ölkə ilə iqtisadi, ticari, diplomatik və s. əlaqələrdir. Əməkdaşlığın inkişafında maraqlıdır. Biz Qərbin Rusiyaya qarşı hər hansı bir sanksiyasına qoşulmamışıq. Putin həm də arxayındır ki, həm İlham Əliyevdən, həm də Ərdoğandan ziyan gəlməz. Bizim partiya, yəni ƏHD Partiyası hər zaman bəyan edib ki, regionda Türk-Slavyan birliyi yaradıla bilər. Hətta bu birliyə İran da qoşula bilər. Çünki biz İranı da türk dövləti sayırıq. Avropa Birliyi modelində dediyimiz birlik alınsa, böyük bir coğrafi məkanda geniş əlaqələr qurula bilər. Burada vahid valyutanın dövriyyəsindən də söhbət gedir. Niyə də olmasın? Bu həm də sülhün əldə olunması və dinc şəraitdə yaşamaq deməkdir. Bu gün Avropa ölkələrində sərhəd dirəkləri on illərdir ki, sökülüb. Türkiyə ilə Rusiyanın birgə səyi nəticəsində daha geniş əlaqələr qurula bilər. Ermənistanın ağlı başında olsa, Qərbin əlində vasitə olmaqdan əl çəkər. Ermənistan başa düşməlidir ki, Qərb, ABŞ Ukraynanı Rusiya ilə qarşı-qarşıya qoymaqla hansı məqsədləri güdür. Öz gələcək nəsillərini düşünürlərsə, sülh və sabitlik şəraitində yaşamaq haqqında düşünməlidilər. Əks halda, Azərbaycanın “dəmir yumruğ”u yenə başlarına dəyəcək”.

Previous Post

Ermənilərin yeni qorxusu: “Rusiya gedir, Türkiyə güclənəcək…”

Next Post

Zelenski: “ABŞ-ın yardımı gecikərsə…”

Bənzər yazılar

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53

Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı...

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti...

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib....

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24

Azərbaycan-Laos əməkdaşlığı, siyasi dialoq son vaxtlar yüksək səviyyədə inkişaf edir. Ötən əsrin sonlarında başlanan diplomatik təmaslar ötən illər ərzində qarşılıqlı...

Next Post
Zelenski: “ABŞ-ın yardımı gecikərsə…”

Zelenski: "ABŞ-ın yardımı gecikərsə..."

Zelenski: “ABŞ-ın yardımı gecikərsə…”

Zelenski: "ABŞ-ın yardımı gecikərsə..."

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.