Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib. Bu barədə Elchi.az-a Şuradan məlumat verilib. Qeyd edilib...





















Son şərhlər