Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının son 3 ayda narkotiklərlə bağlı keçirdiyi əməliyyatlar zamanı 70 fakt üzrə narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qanunsuz dövriyyədən ümumilikdə 11 kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın heroin, psixotrop maddə metamfetamin və metadon həbləri, yaş halda çəkisi 37 kiloqram çəkidə 95 ədəd çətənə kolu çıxarılıb.
Bundan başqa, rayonun müxtəlif ərazilərində keçirilən əməliyyat nəzarət-profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən 8 ton 11455 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in Mətbuat...





















Son şərhlər