Azərbaycanı Laçın yolunu zorla açmaqla təhdid etdikdən sonra ərazidən qaçaraq rüsvay olan “Səlibçilər” erməni dəstəsi yenə diqqət mərkəzinə gəlib.
Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-də materiallar dərc olunub.
Belə ki, erməni fərariləri ötən gün Kornidzordan Qorunxur kəndinə qaçıblar. Yerli sakinlərin fikrincə, “Səlibçilər”in kənddə olması Azərbaycanı qəzəbləndirə və hansısa addımlar atmasına səbəb ola bilər.
Sakinlər iddia ediblər ki, onlar tezliklə kəndi tərk etməlidirlər, əks halda Azərbaycan Ordusu tədbirlər görəcək.
Qeyd edək ki, 44 günlük müharibənin iştirakçıları “Səlibçilər” Paşinyan hökumətinə Laçın yolunu açmaq üçün vaxt qoymuşdu. Erməni fərarilər vaxt tamam olduqda ərazidən qaçmışdılar.
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
İran xalqının bütün qanuni hüquqları rəsmən tanınmalıdır. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər Dövlətinin...




















Son şərhlər