"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Erməni siyasətçinin Bakıya sığınmasının sensasion təfərrüatı – Onunla görüşən azərbaycanlı danışdı

24 Sentyabr 2015 - 13:57
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İnsan haqları müdafiəçisi Novella Cəfəroğlu erməni Vahan Martirosyanın Azərbaycana gəlməsi heyakətini “Yeni Müsavat”a danışıb
“Gürcüstanın hüquq müdafiəçiləri mənimlə əlaqə yaradıb bildirdilər ki, Ermənistan müxalifət liderlərindən biri  Gürcüstana gəlib və Azərbaycana keçmək üçün onlardan kömək istəyir. Mən dərhal soruşdum ki, niyə Gürcüstanda qalmır, ya da Avropaya getmək istəmir? Gürcülər cavab verdilər ki, o, Sərkisyan, Köçəryan rejiminin əlindən yanıqlı. Onun siyasi fəaliyyətinə görə ailəsini uzun müddət təqib ediblər, hətta həyat yoldaşı döyülüb və uşaq salıb. O, rejimin Ermənistanın, erməni xalqının başına gətirdiyi zülmlərdən danışmaq, onları ifşa eləmək istəyir. Ancaq bilir ki, Avropaya getsə, erməni lobbisi ona imkan verməyəcək, ona görə də maraqlı tərəf kimi Azərbaycanı seçir”. Bu sözləri  insan haqları müdafiəçisi Noverlla Cəfəroğlu Ermənistan “Milli azadlıq hərəkatı” İctimai Birliyinin rəhbəri Vahan Martirosyanın Azərbaycana hansı yolla gəldiyini açıqlayarkən deyib. 
Novella Cəfəroğlu deyir ki, əslində bu işin altına girmək onun özü üçün də riskli olub:“Mən təklif elədim ki, o, Azərbaycan rəhbərliyinin ünvanına müraciət yazsın. Həmin müraciəti mən Tiflisdən Bakıya gətirdim və Milli Məclisin üzvü,  prezident yanında QHT-lərə Dəstək Şurasının sədri Azay Quliyevə verdim. Olayı ətraflı şəkildə ona danışdım, bu şəxsin Azərbaycana gətirilməsinin Ermənistanın işğalçı siyasətinin iflası, eyni zamanda Ermənistanda baş verən proseslərin dünyaya çatdırılması üçün nə qədər önəmli olduğunu dedim. Azay Quliyev də sağ olsun, məktubu təcili şəkildə ölkə rəhbərliyinə çatdırdı. Çox qısa müddətdən sonra Azərbaycan tərəfi Vahan Martirosyan haqqında ətraflı araşdırma başlatdı,  onun ölkəyə gətirilməsi münasib hesab edildi və Gürcüstan onu Azərbaycana təhvil verdi”.
Vahan Martirosyan Azərbaycana gələndən sonra Ermənistan mediası dövriyyəyə onun haqqında saxta informasiyalar buraxıb. Həmin xəbərlərdə Vahanın gah ruhi xəstə olduğu iddia edilir, gah onun banklara külli miqdarda borclu olduğu üçün ölkədən qaçdığı bildirilir.  Novella Cəfəroğlu deyir ki, bütün bunlar Ermənistan tərəfin baş verən olaydan böyük məyusluğunun göstəriciləridir:
 
“Ermənistanın bu məsələdə nə qədər pis durumda olduğunu “böyük məyusluq” ifadəsi də əks etdirmir. Siz düşünün, savaş aparan ölkənin siyasi müxalifət liderlərindən biri düşmən tərəfə sığınır və savaşın mənasızlığını, işğal siyasətinin ölkəyə necə bəlalar gətirdiyini, bu siyasətə qarşı çıxan hər kəsin necə cəzalandırıldığını açıqlayır. Bu siyasi anlamda Ermənistan üçün böyük məğlubiyyətdir. Bu durumda Ermənistan nə etməlidir? Onlar üçün ən asan iş çox yaxşı bacardıqları qara piar aparmaqdır. Buna görə də Ermənistan mediasının Vahan haqqında yazdıqlarının heç birini ciddiyə almaq gərək deyil. Vahan savadlı adamdır, rəssamdır, uzun illərdir Ermənistanın ictimai-siyasi sektorunda çalışır, həyat yoldaşı ssenaristdir. Onları ruhi xəstə, borclu kimi göstərmək acizlikdən irəli gəlir. Gerçək odur ki, rəsmi İrəvan bu olaydan ciddi sarsıntı keçirib”.
Noverlla Cəfəroğlunun sözlərinə görə, uzun illər siyasi həyatda olan Martirosyan ölkəsindəki siyasi, ictimai, sosial durumu çox dəqiq analiz edir: “O deyir ki, erməni xalqı Qarabağ problemi başlayandan böyük məhrumiyyətlərlə üz-üzədir. Bir tərəfdən təcrid olunublar, Rusiyadan asılılıqları artdığı üçün hətta daxildə belə müstəqil siyasət yürüdə bilmirlər, nə qədər qurbanlar verilib, nə qədər insanlar həlak olub, ölkə sosial problemlərin içərisində boğulur, işğalçı siyasət köklü şəkildə dəyişməsə heç bir işıq ucu görünmür. Etiraz edənlər həbs edilir, təqiblərlə üzləşir. Bütün bunlar Ermənistan gerçəkləridir və bunu bu gün Bakıda bir erməni siyasətçi səsləndirir”.
İnsan haqları müdafiəçisi deyir ki, V.Martirosyan açıq bildirib ki, Ermənistan hökumətinin və lobbisinin terroru ilə üzləşməkdən qorxduğu üçün Avropaya getmək fikrindən daşınıb:“ Biz onunla görüşəndə açıq dedi ki, Avropaya Ermənistan hökumətinin, erməni lobbisinin özünü də, ailəsini terrorla aradan götürəcəyindən ehtiyat etdiyi üçün getmir. Bakıda keçirdiyi mətbuat konfransında Vahan erməni lobbisinə də səsləndi. Onun sözlərinə görə, illərdir dünya ermənilərindən yığılan pullar Ermənistana göndərilir, Ermənistan hökuməti bu pulları Qarabağda infrastruktur layihələrinə xərcləyəcəyi, sosial layihələrə yönəldəcəyi haqqında bəyanatlar verir, əslində isə həmin milyonlar hakim komandanın cibinə axır, kiçik bir qrup eyş-işrət içərisində yaşayır, əhali isə səfalət içərisində sürünür”.
Vahan Martirosyanın sözlərinə görə, ermənilər Azərbaycanda tez-tez işlənən savaş mesajlarından da narahatdır: “O deyir ki, insanlar Sərkisyan rejiminin xofu altında olduqları üçün açıq etiraz etməkdən çəkinirlər. Azərbaycanın güclənməsi, tez-tez eşidilən müharibə çağırışları ölkədə təşviş yaradır. Heç kim savaş istəmir, eyni zamanda hər kəs bilir ki, Azərbaycan torpaqlarını geri almaq üçün yollar axtarır və savaş hər an başlaya bilər. Buna görə də insanlar bir şəkildə savaşın yenidən başlanmaması, Qarabağ məsələsinin dinc yolla çözümü üçün yollar axtarılmasını istəyir. Vahan bizə deyir ki, Emənistanda onun kimi düşünən minlərlə insan var, əgər ehtiyac varsa, ən qısa zamanda daha 50 nəfərin də onun kimi Azərbaycana gəlməsini təşkil edə bilər. Ermənilər artıq Sərkisyan rejimində yaşamağı öz həyatları üçün ciddi təhlükə hesab edirlər”.
Novella Cəfəroğlunun sözlərinə görə, Azərbaycan Qarabağ məsələsinin dinc yolla çözümü üçün Vahan Martirosyan və bu düşüncədə olan ermənilərdən uğurla istifadə edə bilər: “Bu insan dünyaya açıq gözlə baxır. Anlayır ki, ölkəsinin özünü bu qədər təcrid etməsi uğur vəd eləmir. Ermənistanın gələcəyi böyük sual altındadır. Gənclər sürətlə ölkədən gedir. Cəmiyyətdə heç bir müsbət irəliləyiş yoxdur. Qarabağ alınıb, orada qondarma rejim qurulub, ancaq hamı tikan üstədir. İşğaldan sonra, ermənilərin Azərbaycan torpaqlarında daşı daş üstə qoymağa gücləri çatmayıb. Ermənistan faktiki olaraq Rusiyanın “qonşu payı”na möhtac vəziyyətdə yaşayır. Bu şəxs siyasətçidir. Bütün bunları söyləməklə böyük riskə getdiyini dərk edir. Ancaq eyni zamanda siyasətçi olaraq dərk edir ki, başqa çıxış yolu yoxdur. Erməni xalqının gələcəyi bu rejimin hakimiyyəti altında daha böyük risk altındadır və Azərbaycana tabe olan Qarabağda yaşamaq ermənilər üçün daha münasibdir. Bir erməninin bu fikirləri səsləndirməsi Azərbaycan üçün böyük təbliğat, eyni zamanda sülh danışıqlarında öz xeyrinə dönüş etmək şansı yaradır”.
Martirosyanın Azərbaycanda qalacağı, yoxsa üçüncü ölkəyə veriləcəyi ilə bağlı məsələ isə hələlik açıqdır:“Bu yəqin ki, həm onun istəyinə, həm də Azərbaycan hökumətinin qərarına bağlı olacaq. Mən Vahanın Azərbaycana təslim olmasını  kamikadzelik sayıram. Bu ölkəsində baş verən həqiqətləri, o sıradan Ermənistan rejiminin erməni xalqının başına açdığı zülmləri dünyaya çatdırmaq üçün ən radikal addım atıb – ərazisini işğal etdikləri ölkəyə sığınıb. Digər tərəfdən bu ssenari Kreminlin də ürəyincə deyil. Ən azı ona görə ki, bütün dünya rəsmi İrəvanın Kremlin diktəsi altında olduğunu bilir. Martirosyanların Ermənistanda valideynləri, ailə üzvləri, qohum-əqrəbaları yaşayır. Onların bu addımı bu şəxslərin hamısını böyük problemlərlə üz-üzə qoyub. Ancaq o, ölkəsinin və millətinin gələcəyinin düşünərək kamikadze kimi davranıb. Əminəm ki, Azərbaycan tərəf bu məsələyə son dərəcə həssas yanaşır”.
Previous Post

Erməni siyasətçinin Bakıya sığınmasının sensasion təfərrüatı – Onunla görüşən azərbaycanlı danışdı

Next Post

Həccdə növbəti faciə: 310 ölü, 450 yaralı

Bənzər yazılar

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

11 Sentyabr 2026 - 11:30

Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə qəribə hissdir. Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə...

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Bu barədə Elchi.az...

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02

ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) Nazirliyindən bildirilib ki, İran ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinə ciddi ziyan vurub. Elchi.az  xəbər verir ki,...

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54

İran Silahlı Qüvvələri son raket hücumu zamanı ABŞ-nin İordaniyadakı bazasındakı hərbi təyyarələrinə zərər vurmayıb. Elchi.az xəbər verir ki, bunu ABŞ...

Next Post

Həccdə növbəti faciə: 310 ölü, 450 yaralı

Həccdə növbəti faciə: 310 ölü, 450 yaralı

Son xəbərlər

Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

11 Sentyabr 2026 - 11:38
Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

11 Sentyabr 2026 - 11:30
Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

11 Sentyabr 2026 - 11:27
Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

11 Sentyabr 2026 - 11:16
İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

11 Sentyabr 2026 - 11:08
Ağdərədə mina partlayışı baş verib

Ağdərədə mina partlayışı baş verib

11 Sentyabr 2026 - 10:59
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

11 Sentyabr 2026 - 10:50
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

11 Sentyabr 2026 - 10:44
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib

Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib

11 Sentyabr 2026 - 10:37
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq

Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq

11 Sentyabr 2026 - 10:25
Dövlət bağçalarında yer sayı artırılıb

Dövlət bağçalarında yer sayı artırılıb

11 Sentyabr 2026 - 10:16
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək

Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək

11 Sentyabr 2026 - 10:10
Azərbaycan ötən ay gündəlik 453 min barel neft hasil edib

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

11 Sentyabr 2026 - 09:27
Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09
İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.