Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

🗓 02.05.2024 16:51 ✍️ "Elçi" qəzeti
Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
İrəvanda Ermənistan hökumət binası yaxınlığında Vaaqn Çaxalyanın başçılıq etdiyi “Kamk” təşəbbüsü etiraz aksiyası keçirir. Elchi.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə qarşıdırlar. Onlar həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər. Havar Şəfiyeva 

Bənzər yazılar