"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Ermənistanda korrupsiya qalmaqalı: “Əgər bunlar bu qədər ağıllı idisə…”

19 İyul 2023 - 15:17
in MÖVQE
FacebookVatsap

“Azadlıq” radiosunun ingilisdilli bölümü ermənilərin Hetq.am saytına istinadən Ermənistan parlamentinin spikeri Alen Simonyanın bahalı yaşayış kompleksinin tikintisində əli olduğunu yazır.

Bunu da oxuyun

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

Rusiya İngiltərənin hərbi obyektlərini vurmaqla hədələdi

Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

Bazar ertəsi dərc olunan məqalədə Hetq.am saytı iddia edir ki, Simonyanın köhnə dostu Edqar Avagyanın varlı adam kimi tanınmır. Buna baxmayaraq, onun 40-50 milyon dollar dəyərində olan daşınmaz əmlak layihəsində 25 faiz paya sahib olduğu ortaya çıxıb. Maraqlıdır, hazırda rəsmi olaraq Simonyanın həyat yoldaşı tərəfindən idarə olunan telekanalda çalışan Avaqyan baş nazir Nikol Paşinyanın siyasi komandasının nüfuzlu üzvü üçün hansı rolda çıxış edir?

Artıq qardaşına gəlirli dövlət müqavilələri almağa kömək etməkdə ittiham edilən Alen Simonyan kurort şəhəri Tsaghkadzorda tikilmiş geniş komplekslə hər hansı əlaqəni qəti şəkildə inkar edir. “Facebook”-dakı paylaşımında o, adıçəkilən nəşrin ortaya atdığı iddiaların heç bir sübuta söykənmədiyini vurğulayıb.

1,6 hektar ərazini əhatə edən Tsaghkadzor kompleksinin ümumilikdə 700-ə yaxın mənzili olan doqquz binadan, bir sıra mağazalardan, restorandan və fitnes mərkəzindən ibarət olacaq. Onu tikən şirkətin daha üç səhmdarı var: bir gürcü və iki erməni investor bu layihədə yer alır.

Hetq.am saytında gedən məqalənin müəllifi Tirayr Muradyan çərşənbə axşamı bəyan edib ki, o, Simonyanın hakim “Mülki Müqavilə” partiyasına bağlı Tsaghkadzor merinin kömək etdiyi layihədəki rolu ilə bağlı suallar verib. Müəllif bildirib ki, Avaqyan əvvəllər heç vaxt tikinti və ya digər sektorlarda irimiqyaslı bizneslə məşğul olmayıb və yalnız müxtəlif erməni telekanallarında rəhbər vəzifələrdə çalışıb.

“Onun tikinti layihəsində iştirakının arxasında hansı məntiq dayanır?”, jurnalist “Azadlıq” Radiosunun erməni xidmətinə bildirib. “Onun digər iş adamları ilə nə ortaqlığı var?”
Məqalədə vurğulanıb ki, 2017-ci ildə İrəvan məhkəməsi Avagyanı iki kommersiya bankına olan 44 min dollar borcunu qaytarmadığı üçün müflis elan edib. Alen Simonyanın dostunun hələ də həmin banklara borcu var.

“Azadlıq” radiosu yazır ki, Avagyan ilə əlaqə saxlamaq mümkün olmadı. Onu müdafiə edən vəkil hazırda ölkədə olmadığını bildirib.

Muradyan deyib ki, Avaqyan layihədə 25 faiz pay əldə etmək üçün Simonyanla yaxın əlaqələrindən istifadə edib və ya həmin 25 faizin həqiqətən də spikerə aid ola biləcəyini fərz etmək olar.

“Bu insanlar 2018-ci ildə az iş təcrübəsi və kapitalla hakimiyyətə gəldilər, lakin çox qısa müddət ərzində böyük biznes layihələrində iştirak etdilər. Əgər onlar bu qədər ağıllı idisə, siyasi hakimiyyətdən kənarda bu kimi işləri niyə görmürdülər?”
Jurnalist Ermənistan mediası tərəfindən getdikcə özlərini və yaxınlarını zənginləşdirməkdə olan və 2018-ci il “məxməri inqilab” zamanı verdikləri antikorrupsiya vədlərini pozmaqda ittiham olunan Paşinyanın ətrafına diqqət çəkib.

Bu ilin martında hakerlər “Aravot” qəzetinin YouTube kanalını ələ keçiriblər. Onlar Simonyan da daxil olmaqla bir neçə yüksək vəzifəli dövlət məmuru və hökumətyönlü deputatların bahalı əmlak almasından bəhs edən video-reportaj təqdim etmişdi.

Bu ilin əvvəlində Nikol Paşinyan bu cür məlumatlara görə Ermənistanın “Transparency International” təşkilatının illik korrupsiya sorğusunda xeyli gerilədiyini bildirib. O, açıq şəkildə yüksək vəzifəli məmurları qeyri-qanuni varlanmada ittiham edən media orqanlarının “yalan”larını ifşa etmək üçün məhkəməyə verməyə çağırıb. Baş nazir yenidən “sistemli şəkildə korrupsiyanı” aradan qaldırdığını iddia etdi.

Paşinyan hökuməti tərəfindən idarə olunan dövlət satınalmalarında dürüstlüklə bağlı suallar da artır. Simonyanın qardaşı Karlenin idarə etdiyi yol tikintisi şirkəti keçən il ən azı 9 dövlət müqaviləsi qazanıb.

Mübahisələrə səbəb olan spiker müstəqil və müxalifətyönlü media qurumlarını “Euroasphalt” adlı şirkətin hökumət tərəfindən imtiyazlı rəftardan istifadə etdiyini irəli sürdüklərinə görə pisləyib. Nikol Paşinyan isə öz növbəsində qardaşının “Euroasphalt”a sahib olmadığını bildirib.

2021-ci ildə “Azadlıq” Radiosunun Erməni Xidməti aşkar edib ki, “Euroasphalt” rəsmi qeydiyyatdan keçərkən iki ünvan göstərib. İrəvandakı ünvanlardan birində o vaxt Alen Simonyanın anası yaşayıb.

Elbəyi Həsənli, Sürix

Previous Post

Ermənistanda korrupsiya qalmaqalı: “Əgər bunlar bu qədər ağıllı idisə…”

Next Post

Prezident Sudeif İmamverdiyevə orden verdi

Bənzər yazılar

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46

Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməkdən imtina etməli və İrana qarşı sanksiyalarının heçbirini tanımamalıdır. Elchi.az xəbər...

Zaxarova Zelenskinin yalanlarından danışdı

Rusiya İngiltərənin hərbi obyektlərini vurmaqla hədələdi

28 Avqust 2026 - 10:20

Rusiya, Britaniyanın Ukraynaya dəstəyi səbəbindən Britaniya hərbi hədəflərinə zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib. Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin...

Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

27 Avqust 2026 - 11:00

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Saninin bu gün Hörmüz boğazı ilə bağlı danışıqlar aparmaq...

İran Hörmüz boğazının cənub dəhlizini bağladı

İran Hörmüz boğazının cənub dəhlizini bağladı

26 Avqust 2026 - 10:07

İran dövlət televiziyasında çıxış edən İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi, Omanla əldə edilən razılaşmanın Hörmüz boğazında gəmiçilik zolağı...

Next Post
Prezident Sudeif İmamverdiyevə orden verdi

Prezident Sudeif İmamverdiyevə orden verdi

Prezident Sudeif İmamverdiyevə orden verdi

Prezident Sudeif İmamverdiyevə orden verdi

Son xəbərlər

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11
Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.