Ermənistan hava hücumundan müdafiə sistemlərini Dehlidən ala bilər

49

Hindistan mətbuatının yazdığına görə, Ermənistan hava hücumundan müdafiə sistemlərini Dehlidən ala bilər.

Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Hindistan Müdafiə Araşdırma üzrə ixtisaslaşmış sayt məlumat verib və qeyd edib ki, Ermənistan tərəfi Hindistan istehsalı olan MR-SAM orta mənzilli hava hücumundan müdafiə sistemlərini almağı nəzərdən keçirir.

Ermənistan ordusunun arsenalında olan Rusiya istehsalı olan S-125 Peçora hava hücumundan müdafiə sistemləri onlarla əvəz edilməlidir. Saytın məlumatına görə, MR-SAM sistemləri İsraillə birgə istehsal olunsa da, onların Ermənistana ixracı zamanı israillilərin xüsusi icazəsi tələb olunmaya bilər.

Hindistan Müdafiə Araşdırmaları saytının məlumatına görə, MR-SAM sistemlərinin işləmə radiusu 70 kilometrdir, onların bölmələrindən birinə komanda məntəqəsi, yer təyin edən radar, həmçinin mobil raket sistemi daxildir.

Yeganə