Ermənistan "Avroviziya" mahnısını türklərdən oğurlayıb?

Ermənistanı "Avroviziya 2024" mahnı müsabiqəsində təmsil edəcək "Ladaniva" qrupunun yarışmada səsləndirəcəyi mahnı ilə bağlı plagiat iddiası yayılıb. Elchi.az xəbər verir ki, Tiktok platformasında sözügedən mahnının musiqisinin 1976-cı ildə Türkiyədə yayımlanan "Süd qardaşlar" filmindəki musiqi ilə eyni olduğu bildirilib. Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 mayda, final isə 11 mayda keçiriləcək.