Ermənilərin qətlə yetirdiyi Tərtər sakininin meyiti ailəsinə verilib - YENİLƏNİB

🗓 20.07.2014 00:33 ✍️ "Elçi" qəzeti

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir nəfər mülki şəxs ölüb.8c4e029fbf0039ae44baaf83da7384fa

Ötən gün Tərtərin cəbhəyanı Çaylı kəndi istiqamətində Tərtər çayında balıq tutarkən ermənilər tərəfindən qətlə yetirilən Əliyev Mübariz İsrafil oğlunun meyiti ailəsinə təhvil verilib.

 APA-nın Qarabağ bürosunun xəbərinə görə, onun meyitini yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən götürüblər. M. Əliyevin cəsədi Tərtər MRX-nın morqunda müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Bənzər yazılar