Ermənilər işğal altındakı dağlarda yanğınlar törədiblər

🗓 19.08.2014 00:23 ✍️ "Elçi" qəzeti
Ermənistan Ordusunun Dağlıq Qarabağ ərazisində yerləşən hərbi birləşmələri nəzarət etdikləric9c78facb96e5a55293c68b95680d0b4 Azərbaycan torpaqlarında yanğınlar törədib.
 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbiçiləri Ağdamın işğal altında olan Şahbulaq dağı istiqamətində yüksəkliklərdə yerləşən otlaq və əkin sahələrinə od vurublar.

Yanğının yaxınlıqdakı meşəlik ərazilərə də yayıldığı müşahidə olunur.

 Hazırda alovun hektarlarla sahəni əhatə etdiyini təxmin etmək mümkündür.

Bənzər yazılar