Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı mövqeyimiz konkretdir.
Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu məsələ Üçtərəfli Bəyanatda əksini tapıb:
“Üçtərəfli Bəyanatda erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması qeyd olunub. Rusiyanın əsas mövqeyi ondna ibarətdir ki, bu, Ermənistanın öhdəliyidir. Rusiya arqument kimi Ermənistanın da üçtərəfli sənədə imza atmasını göstərir”.
C.Bayramov söyləyib ki, Qarabağda gərginliyə səbəb olan əsas amil qanunsuz erməni silahlı birləşmələrin fəaliyyətidir:
“Azərbaycan üçün bu, qəbuledilməzdir. Danışıqlar zamanı biz bu məsələləri davamlı şəkildə müzakirə edirik”.
Azərbaycan səfiri Latviya Prezidentinin müşaviri ilə görüşdü
Azərbaycanın Riqadakı səfiri Nərminə Mustafayeva Latviya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Edvins Severs ilə görüşüb. Elchi.az xəbər verir ki,...





















Son şərhlər