Erməni iddiası: “Azərbaycanı müharibəyə Amerika sövq edir”

🗓 11.08.2014 16:36 ✍️ "Elçi" qəzeti
“Azərbaycanı müharibəyə Amerika sövq edir”. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi məlumata görə, img1614692bunu Ermənistanın müdafiə nazirinin sabiq müavini Vaan Şirxanyan deyib.
Şirxanyan Rusiyanın Qarabağ münaqişəsi zonasına öz sülhməramlılarını göndərmək üçün cəbhədə gərginlik yaratmaq istəyini ciddi hesab etmədiyini də söyləyib. “Bu, olduqca uzun bir təmas xəttidir. Rusiyanın bu xətt boyu 15-20 min hərbçi yerləşdirmək imkanı varmı? Bu, mümkün deyil, heç təsəvvürə də gəlmir”, - deyə o bildirib.
Erməni hərbçisi vəziyyətin gərginləşməsinə gətirən bir neçə səbəb sadalayıb. Onlardan biri də onun fikrincə, Ermənistanın Gömrük və Avrasiya ittifaqlarına girməsinin əngəllənməsidir: “Aydın məsələdir ki, situasiya qarışsa, Ermənistanın üzvlük məsələsi təxirə düşəcək. Bunun isə açıq-aşkar bir sifarişçisi var – ABŞ. Amerika Ermənistanın həmin birliklərə girməsini istəmir. Azərbaycanın vəziyyəti gərginləşdirməsinin səbəblərindən biri də budur”.
Göründüyü kimi, hərbi təcavüzkar təmas xəttində növbəti avantürasını həyata keçirdikdən sonra yenidən məzlum, “sülhpərvər” görüntüsü alıb.
Musavat.com

Bənzər yazılar