Ərdoğan Rusiyanı Afrika üçün taxılın həcmini artırmağa dəvət edib

94

Türkiyə Rusiyanı Afrikanın ən kasıb ölkələrinə tədarük olunan taxılın həcmini artırmağa dəvət edib.
Elchi.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Mən Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşdə təklif etdim ki, özümüzü 1 milyon tonla məhdudlaşdırmaq yox, daha çox taxıl göndərək, çünki Afrika ölkələrinə buna ehtiyac var”, – Ərdoğan G20 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Ərdoğanın sözlərinə görə, Qətər də tədarükdə iştirak etməyə hazırdır. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Rusiya Afrika ölkələrinə 60 milyon ton əkilmiş taxıl məhsulu göndərəcək . O əlavə edib ki, bu, Rusiyada mövcud olan məhsulun demək olar ki, yarısıdır.

Nuranə Məmmədova