Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasını təsdiqləyib. Elchi.az xəbər verir ki, Protokolun ratifikasiyasını təsdiq edən müvafiq fərmanı rəsmi hökumət qəzeti “Resmi Gazete” dərc edib.
Beləliklə, Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi prosesini rəsmən başa çatdırıb.
Havar Şəfiyeva