ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı əməliyyata başlamaqla diplomatiyaya və seçicilərinə xəyanət edib.
Elchi.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi X sosial media platformasındakı səhifəsində yazıb.
“Cənab Tramp diplomatiyaya və onu seçən amerikalılara xəyanət edib”, – deyə o, yazıb.
Əraqçi əlavə edib ki, Vaşinqton Tehranla nüvə danışıqlarına daşınmaz əmlak sövdələşməsi kimi baxır, buna görə də real nəticə əldə edə bilməyiblər: “Nəticə? Onlar qisas məqsədi ilə danışıqları alt-üst etdilər”, – deyə diplomat bildirib.
Yeganə





















